Pazar , Kasım 29 2020

Azərbaycan COVID-19-la mübarizədə Almaniyanı keçə bilər

“Artıq bizə məlumdur ki, son elmi tədqiqatlara əsasən, COVID-19-un yayılmasına səbəb virusa yoluxanların təxminən 20%-dir. Yerdə qalan təxminən 80% yoluxmuş insan isə digərlərini yoluxdurmurlar. Bu aspektdən yanaşaraq mütləq yoluxma halları baş verərkən klasterlər soruşulub öyrənilməlidir”.

Sen.az xəbər verir ki, bu fikirləri Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.

Onun sözlərinə görə, televiziyalarda və mətbuatda insanlara klasterin nə demək olduğu izah edilməlidir:

“İnsanlar klaster yaradacaq bir yerə yığışmaqdan çəkinməlidirlər. Ancaq bu yolla virusu yayan 20% insanları izolyasiya edib virusun yayılmasının qarşısını almaq mümkün olar. Çünki, məsələn 60 nəfərlik viruslu xəstə olan bir yerdə sadəcə 12 nəfər virusun yayılmasına səbəb olur. Bu 12 nəfərin kim olduğunu isə heç kəs bilmir, ona görə də hər kəs izolyasiya edilib və karantinə alınmalıdır. Mütləq olaraq viruslu xəstənin son 10 gün ərzində iştirak etdiyi klaster aşkar edilməlidir. Hər kəs nə zaman klasterdə iştirak etdiyi barədə özü üçün xüsusi qeyd aparmalıdır. Virusa yoluxma aşkarlanarsa, son 10 gün ərzində həmin adamın iştirak etdiyi klasterdə olan hər kəs izolyasiya edilib karantinə alınmalıdır”.

Tibb elmləri doktoru bildirib ki, növbəti mərhələdə isə virusa ən çox yoluxmanın hansı klasterlərdə baş verməsinin siyahıya alınmasıdır:

“Daha sonra insanlara elan edilməlidir ki, belə bir yerə yığılmaqdan imtina edilsin. Eyni zamanda, bütün klasterlərdə virusa yoluxma halları eyni dərəcədə yüksək deyil. Məsələn, Almaniyada supermarketlərdə virusa yoluxma aşağıdır, amma ev şəraitində keçirilən tədbirlərdə isə daha çoxdur. Azərbaycanda da yoluxma hallarının baş verdiyi məkanlar müəyyənləşdirilməli və nəticədən asılı olaraq əhaliyə xəbərdarlıq edilməlidir”.

“Almaniyada klasterlərdə olan hər kəsin izolyasiyasiya olunması və karantinə alınmasının hüquqi tənzimlənməsi işləri müzakirə olunur, amma tətbiq edilə bilmir və çox çətin görünür. Azərbaycan isə bunu bu gün tətbiq edərsə, sizi əmin edirəm ki, virusla mübarizədə Almaniyadan önə keçər”, – N.Abdullayev əlavə edib.

Azərbaycan COVID-19-la mübarizədə Almaniyanı keçə bilər

About www. SEN.az

Check Also

Alimlər koronavirusun ürəyə necə təsir etdiyinin izahını verdi

COVID-19 xəstəliyinin yalnız ağ ciyərlərdə deyil, ürək əzələlərində də yara izləri ola bilər. Üstəlik, bu …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir