Çərşənbə , İyul 6 2022

Bu müsəlman ölkəsində mağazalardan dodaq boyası yığışdırılır

Türkmənistanın mağazalarında reydlər keçirilib, bu zaman satış məntəqələrinin sahiblərindən dekorativ kosmetika məhsullarını: dodaq boyası, dırnaq boyası və tuşu satışdan çıxarmaq tələb olunub.

SEN.az bildirir ki, bununla bağlı məlumatlar “Türkmənistan xronikaları” portalında dərc olunub.

İstehlakçıların “sağlamlığına və görünüşünə” zərər verə biləcək gözəllik məhsullarının rəflərdən yığışdırılmağa məcbur edildiyi bildirilir. Satıcılar və alıcılar bildiriblər ki, müfəttişlərin hansı məhsulların satışını  məhdudlaşdırmaq qərarına gəlməsi ilə bağlı dəqiq göstərişləri yoxdur. Qeyd olunur ki, şampun, duş geli və kremlərin satışına icazə verilir.

Bundan əlavə, məlum olub ki, aprel ayında Türkmənistan hakimiyyəti tələbələr və məktəbli qızlarla, o cümlədən büdcə və dövlət qurumlarının əməkdaşları ilə görüşlər keçirməyə başlayıb.  Görüşlərdə milli adət-ənənələrə riayət olunmasının zəruriliyi barədə danışıblar.

Həmin görüşlərdə saçın rənglənməsi, qalıcı makiyaj, kirpik və dırnaq uzatma, dodaq böyütmə prosedurları və ümumiyyətlə, makiyajın yolverilməzliyi də müzakirə olunub.

www.SEN.az

About FERZELIYEV

Check Also

İranda kişilərə qəribə qadağalar qoyuldu: Qolu qısa köynək..

Xorasan əyalətinin başçısı ölkədə kişilərin də geyiminə nəzarət üçün “əxlaq polisi”nin yaradıldığını bildirib.  SEN.az  xəbər verir ki, …

Dəniz mövsümünün dəbli MAYO modelləri – FOTO

Tətil çantamızın vazkeçilməz geyimlərindən biri də çimərlik paltarıdır. Bu yay xüsusən etnik naxışlı və canlı …

Olimpiya çempionu sevimli geyim markalarından danışdı

Rusiyalı fiqurlu konkisürən Alina Zagitova üç sevimli geyim markasından danışıb. SEN.az xəbər verir ki, “RT” …

Rəngarəng aksessuarlar – TREND

Hər il olduğu kimi bu yay da rəngarəng və əl işi olan aksessuarlar dəbdədir. Əsasən …

Milyonçu və sevgilisinin geyimi bəyənilmədi – FOTO

Türkiyəli milyonçu Acun Ilıcalı və sevgilisi Ayça Çağla Altunkaya futbolçu Dimitris Pelkasın toyuna qatılıblar.  SEN.az  …