Çərşənbə axşamı , Avqust 16 2022

Bu aksessuarlar sizi daha gənc göstərəcək

Qadınlar daim gözəl və yaşından gənc görünmək istəyirlər. Gənc görünməyin sirlərindən biri də düzgün aksessuar seçimidir. Belə ki, sadə və asan detallarla daha cavan və dinamik görünüş əldə edə bilərsiniz. 

SEN.az gənc görünməyinizə kömək edəcək bir neçə aksessuarları təqdim edir: 

Rəngarəng şərflər, beretlər və şlyapa 

Rəngarəng aksessuarlar sizi hər zaman daha gənc göstərəcək. Çünki belə detallar enerjili görünməyə kömək edir. Bundan əlavə, rəngli şlyapalar, ipək şərflər zərifliyinizə zəriflik qatacaq. 

Saç aksessuarları 

Saç aksessuarlarından istifadə etməklə gənc bir görünüşə sahib ola bilərsiniz. Buna geyiminizə və tərzinizə uyğun rəngli saç bantları, çiçəkli sancaqları misal göstərmək olar. Amma bu zaman dağınıq saç modeli seçməməyiniz tövsiyə olunur. Əks halda qarışıq və səliqəsiz bir görüntü alınacaq. 

“Trendy” çantalar

Çanta seçimləri sizi olduğunuzdan daha yaşlı və ya daha cavan göstərə bilər. Yəni sizin çanta mövzusunda etməli olduğunuz tək şey modaya uyğun və şıq olanını seçməkdir. Cəsarətli olun və canlı rəngləri seçməkdən qorxmayın! 

Saatlar

Saatınız sizin haqqında çox şey deyir. Ona görə də saat seçərkən diqqətli və doğru seçim etməlisiniz. Rəngli və ya üzərində bəzəkləri olan saatlar sizin ayrılmaz aksessuarınz olmalıdır. 

 

www.SEN.az

About FERZELIYEV

Check Also

“WhatsApp”da moda dizaynerlərinin SİRLƏRİ…

Rəqabətin yüksək səviyyədə olduğu moda sahəsinin tanınmış dizaynerləri gizli işlərini komanda üzvləri ilə bölüşmək üçün …

İlin TRENDİ: Kəpənək saç kəsimi – FOTO

Kəpənək saç kəsimləri bu ilin qadın saç modelləri arasındadır. Saçlarınızın həm uzun, həm də qısa …

Gənc model səhnədə ÖLDÜ – FOTO

“Ocksa” brendinin nümayişi zamanı gözlənilməz hadisə baş verib. SEN.az xarici KİV-ə xəbər verir ki, Braziliyada keçirilən …

Həftənin kombin təklifləri: Dəbli və rahat – FOTO

Həftənin hər günü istəyimizə və hava şəraitinə uyğun geyinməyə çalışırıq. Son iki gün havanın yağmurlu …

2022-nin ən məşhur moda markaları AÇIQLANDI – SİYAHI -FOTOLENT

Məşhur onlayn alış-veriş səhifəsi “Lyst” hər il olduğu kimi bu il də moda dünyasının ən …