Çərşənbə axşamı , Yanvar 20 2026

2025-ci ilin dəbli çalarları: bahalı görünən 4 rəng birləşməsi

2025-ci ildə dəb tendensiyaları artıq tanış sərhədləri aşır – stilistlər əvvəllər uyğunsuz görünən rəngləri birləşdirməyə üstünlük verirlər. Bu cütlüklər geyim dəstinizi təravətləndirəcək və sizi zamana uyğun, dəbli göstərəcək.

SEN.az bu 4 rəngi sizə təqdim edir:

Maslyano-sarı və parlaq qırmızı
Bu birləşmə cəsarətli, özünəinamlı görünmək istəyən, amma aqressivlikdən uzaq durmaq istəyənlər üçün idealdır. Maslyano-sarı ton qırmızını yumşaldır, istini və parıltını balanslaşdırır.

Tövsiyə olunan görünüşlər:

Maslyano-sarı don + qırmızı aksesuarlar (çantalar, ayaqqabılar, sırğalar)

Qırmızı total look + yumşaq sarı çanta və ya trenç

Bu birləşmə, printlərdə və rəng bloklu geyimlərdə, xüsusilə sviter, palto və jaketlərdə də uğurlu işləyir.

Модные оттенки 2025: 4 сочетания, которые выглядят дорого и неожиданно

Qırmızı və göy
Qırmızı ilə açıq mavi (göy) geyimdə kontrastlı, lakin çox şıq görünüş yaradır və 2025-ci ilin əsas hitlərindən biridir.

İdeyalar:

Color blocking: göy köynək + qırmızı yubka və ya şort

Ofis üslubu: göy kostyum + qırmızı çanta və ya ayaqqabı

Axşam görünüşü: qırmızı don + göy sırğa və ya klatç

Bu cütlük həm gündəlik, həm də axşam çıxışlarında mükəmməl uyğunluq yaradır.

Модные оттенки 2025: 4 сочетания, которые выглядят дорого и неожиданно

Nanə-yaşıl və bordo
Nanə-yaşıl ilə bordo – 2025-ci ildə stilistlərin və dəb bloqerlərinin sevimlisinə çevrilmiş, zərif və eyni zamanda gözlənilməz bir duettir.

Fəsillərə uyğun kombinlər:

Payız: bordo trenç və ya palto + nanə-yaşıl sviter və ya şərf/çanta

Yay: nanə rəngli don və ya bluz + bordo ayaqqabı və ya jaket

Ofis: nanə-yaşıl kostyum + bordo çanta — trendli və nəzakətli

Bu rəng birləşməsi fərqli mövsümlərdə istifadə oluna biləcək qədər çox yönlüdür.

Модные оттенки 2025: 4 сочетания, которые выглядят дорого и неожиданно

Tünd qəhvəyi və salat rəngi
2025-in ən təravətli və qeyri-adi duetlərindən biri – tünd qəhvəyi ilə salat rəngi. Təbii dərinliklə şirəli vurğunu birləşdirərək, göz oxşayan kontrast yaradır, amma aqressiv görünmür.

Stil ideyaları:

Şəhər üslubu: tünd qəhvəyi palto və ya dəri gödəkçə + salat rəngli köynək və ya top

Yay: salat rəngli don + qəhvəyi sandal və ya raffiyadan çanta

Ofis: qəhvəyi şalvar + salat rəngli köynək + qızılı aksesuarlar

Bu birləşmə ilə sakit tonlarda da diqqət çəkici görünmək mümkündür. Nəticə olaraq, 2025-ci ilin rəng palitrası risk etməkdən çəkinməyənlər üçün əsl tapıntıdır. Ziddiyyətli və yaddaqalan rənglər bu il dəbin əsas açarıdır.

Модные оттенки 2025: 4 сочетания, которые выглядят дорого и неожиданно

www.SEN.az

About FERZELIYEV

Check Also

2025 yayının trend don modelləri

2025-ci ilin yayı – bu, qadınlıq, rahatlıq və parlaq özünüifadənin vəhdətidir. Bu mövsümün dəbi ipək və …

İstidə nə geyinmək olar? – 2025-ci ilin yayı üçün 6 DƏB

Yay istisində həm rahatlıq, həm də şıq görünüş çox önəmlidir. 2025-ci ilin yay mövsümündə dizaynerlər …

Bu ayaqqabıları yay səyahətində əsla geyinməyin

Yay – səyahət və yeni təəssüratlar üçün ən ideal mövsümdür. Lakin düzgün seçilməmiş ayaqqabı səfərinizin …

Hər qadına yaraşan saç kəsimləri

Əgər siz də “Hansı saç kəsimi mənə yaraşar”? sualından bezmisinizsə, bu yazı sizin üçündür. Stilistlərə görə, …

2000-ci illərin cinsləri, 2025-də yenidən dəbdə

Cins şalvarlar – müasir xanımın qarderobunun ən universal geyimidir. Onları həm parlaq top ilə əyləncə …