26.02.2020

Bir həftəyə 3-4 kilo necə arıqlamaq olar? - yeni pəhriz

12696291 949247451833953 155992403 n

 Arıqlamaq üçün müxtəlif üsullar vardır. "Protein pəhrizi" maraqla qarşılanan üsullardan biridir. Bu pəhriz ilə günlük yediyiniz qidalarla arıqlamağınız mümkündür. Pəhrizi tətbiq edərkən 1 gündə 2 litr yarım su içməlisiniz. Nəticədə 1 həftədə 3-4 kiloqram arıqlayacaqsınız.

Birinci gün:
Səhər yeməyi: qaynadılmış yumurta, pendir və 2 dilim kəpəki (yəni qara) çörək
Nahar: yağsız qatıq və xiyar
Axşam yeməyi: qırmızı ət, ya da balıq, salat
İkinci gün:
Səhər yeməyi: yağda bişirilmiş 2 ədəd yumurta, 2 dilim kəpəkli çörək, yaşıl çay
Nahar: qatıq və salat
Axşam yeməyi: qızardılmış toyuq, qatıq, salat
Üçüncü gün:
Səhər yeməyi: 1 qaynadılmış yumurta, pendir, kəpəkli çörək
Nahar: meyvəli qatıq və salat
Axşam yeməyi: toyuq şorbası və salat

Çap E-mail