"Təbii doğuş olmaya bilər"

1363437628 best alone away boy 655921

 

Erkən nikahlar bütün dövrlər üçün narahatlıq doğuran məsələ olub. Kəpəz TV (Region TV) xəbər verir ki, 18 yaşı tamam olmayan cütlüklərin ailə qurması gələcək nəsillərin sağlamlığını təhdid etməklə yanaşı, ailədaxili münaqişələrə qədər bir sıra fəsadlara yol açır. Hələ fizioloji baxımdan tam formalaşmayan orqanizm erkən nikah nəticəsində müəyyən xəstəliklərin daşıyıcısına çevrilir. Anemiya, talassemiya, vaxtından tez doğuş əsas problemlər sırasındadır.

Rəna Bağırova - ginekoloq: "Erkən nikaha girən qadınlarda hamiləlik ağır keçir. Həmin vaxt anemiya baş verə bilər. Doğuşa yaxın olanda onları risk qrupuna götürürük, çünki orqanizm tam formalaşmadığından təbii doğuş olmaya bilər. Biz məsləhətlər də veririk ki, erkən nikaha girməsinlər. Valideynlər düşünməlidirlər ki, erkən nikah balalarına bəla gətirə bilər".

Çap