Cümə axşamı , May 26 2022

Nar” şəhid ailələrinə və yaralananlara 250 000 AZN ianə etdi

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı yaralanmış və şəhid olmuş şəxslərin ailələrinin təminatına dəstək məqsədilə, Naxçıvan Muxtar Respublikasında yaradılmış Naxçıvanın İnkişaf Fonduna 250 min AZN ianə edib. Məqsəd, müharibə zamanı yaralanmış hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi sahəsində muxtar respublikada həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsidir.
Reklamınızı SmartBee ilə effektiv edin.
“Nar” Novruz bayramı münasibətilə qalib Azərbaycan xalqını təbrik edir. Bu bayram ərəfəsində 44 günlük Vətən müharibəsi nəticəsində yaralanmış və şəhid olmuş şəxslərin ailələrinə dəstək olmağı özümüzün mənəvi borcu bilirik. Məqsədimiz, yalanmış və şəhid olmuş şəxslərin ailələrinin sosial müdafiəsi proqramlarına dəstək olmaqla yanaşı, həmin ailələrin qayğı ilə əhatələnməsinə xidmət etməkdir”, – deyə “Azerfon”un Baş icraçı direktoru Qunnar Panke deyib.

Xatırladaq ki, “Nar” 44 günlük Vətən müharibəsi zamanı zərər çəkmiş və şəhid olmuş şəxslərin ailələrinə dəstək məqsədilə müxtəlif layihələr həyata keçirib və bundan sonra da bu istiqamətdə layihələr icra etməkdə davam edəcək.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

“Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir..

About Namig Aliyev

Check Also

Microsoft-a kiberhücum reallaşdırmış hacker qruplaşması indi də Vodafone-nun serverlərini hack edib

Dünən xəbər verilmişdi ki, Lapsus$ adlı hacker qruplaşması Microsoft şirkətinin bəzi məhsullarının mənbə kodlarını oğurlayıb. …

Çində hazırlanan saxta smartfonlar arasında ən məşhur brend Samsung Galaxy olub

Məşhur AnTuTu bençmark saytının təqdim etdiyi hesabata əsasən keçən ilin mart ayından bu ilin fevral …

WhatsApp manuel dil seçeneğini getiriyor

Dünyanın en popüler mesajlaşma uygulaması WhatsApp, dört farklı cihazdan uygulamayı kullanma imkanını getirmişti. Şirket uzun …

İllərlə tükənməyəcək batareya-Nano Almaz Batareyası

Ən son texnologiyada telefon batareyalarının bir neçə gün istifadəyə yararlı olduğu bilinsə də, NDB adlı …

Avropa Birliyi tələb etdi: Bütün telefonlar.Avropa Birliyi bütün smartfonların asanlıqla dəyişdirilə bilən batereyalarla təchiz edilməsinə qərar verib.

SEN.az xarici KİV-ə istinadən xəbər verir ki, bu layihə üçün əvvəlcə Avropa Şurası ilə danışıqlar aparılmalıdır.

Daha sonra qanunun qüvvəyə minməsi isə azı 12-14 ay ərzində həyata keçə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.