Bazar ertəsi , Noyabr 28 2022

Çində hazırlanan saxta smartfonlar arasında ən məşhur brend Samsung Galaxy olub

Məşhur AnTuTu bençmark saytının təqdim etdiyi hesabata əsasən keçən ilin mart ayından bu ilin fevral ayına kimi Çində hazırlanmış saxta smartfonlar arasında ən məşhur brend Samsung Galaxy olub. Məlumata əsasən qeyd edilmiş müddət ərzində ümumilikdə müxtəlif brendlərə məxsus 12.147.275 ədəd smartfon AnTuTu testlərindən keçib. Bu smartfonlardan 482.361 ədədinin isə saxta smartfon olduğu aşkar edilib. AnTuTu qeyd edib ki, saxta smartfonların 110.000 ədədi Samsung Galaxy adı altında hazırlanıb.

Business Korea saytının verdiyi məlumata əsasən daha öncə Samsung Çin bazarının 30%-nə sahib idi. İndi isə bu göstərici sürətlə aşağı düşür. Bunun əsas səbəbi isə Çindən olan smartfon istehsalçılarının sürətlə böyümələri və nəticədə onların Samsung-u bütün Çin bazarından sıxışdırıb çıxartmaqlarındadır. Bundan əlavə olaraq Koreyadan olan istehsalçıların smartfonlarının saxta versiyaları daha iri miqyasda hazırlanır. Məlumatda qeyd edilib ki, Galaxy S22 Ultra smartfon modelinin kopyaları əsl versiyanın satışa çıxmasından dərhal sonra satışa çıxıb və cəmi 100$ qiymətində satılıblar.

About Namig Aliyev

Check Also

Microsoft-a kiberhücum reallaşdırmış hacker qruplaşması indi də Vodafone-nun serverlərini hack edib

Dünən xəbər verilmişdi ki, Lapsus$ adlı hacker qruplaşması Microsoft şirkətinin bəzi məhsullarının mənbə kodlarını oğurlayıb. …

WhatsApp manuel dil seçeneğini getiriyor

Dünyanın en popüler mesajlaşma uygulaması WhatsApp, dört farklı cihazdan uygulamayı kullanma imkanını getirmişti. Şirket uzun …

İllərlə tükənməyəcək batareya-Nano Almaz Batareyası

Ən son texnologiyada telefon batareyalarının bir neçə gün istifadəyə yararlı olduğu bilinsə də, NDB adlı …

Nar” şəhid ailələrinə və yaralananlara 250 000 AZN ianə etdi

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı yaralanmış və şəhid olmuş şəxslərin ailələrinin təminatına dəstək məqsədilə, …

Avropa Birliyi tələb etdi: Bütün telefonlar.Avropa Birliyi bütün smartfonların asanlıqla dəyişdirilə bilən batereyalarla təchiz edilməsinə qərar verib.

SEN.az xarici KİV-ə istinadən xəbər verir ki, bu layihə üçün əvvəlcə Avropa Şurası ilə danışıqlar aparılmalıdır.

Daha sonra qanunun qüvvəyə minməsi isə azı 12-14 ay ərzində həyata keçə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir