Çərşənbə axşamı , Avqust 16 2022

“Tesla” insanabənzər “Optimus” robotu ilə bağlı ilk tizerini yayımladı – FOTO/VİDEO

Tesla “Optimus” insanabənzər robotunun tizerini yayımlayıb. Yayımlanan fotoda robotun ürək şəklində qatlanmış əlləri əks olunub.

Təqdimat sentyabrın 30-da “Tesla AI Day # 2” tədbirində nəzərdə tutulub.

“Tesla AI Day”in əvvəlki təqdimatı keçən il baş tutmuşdu. Məhz həmin vaxt “Tesla”nın rəhbəri İlon Mask robot-humanoid yaratmaq planlarını açıqlamışdı. Öncə robot “Tesla Bot” adlandırılırdı, lakin sonradan “Optimus” adını aldı.

İndi isə Mask vəd edir ki, sentyabrın 30-da şirkət “Optimus”un işləyən prototipini ictimaiyyətə nümayiş etdirəcək.

Bundan əlavə, milyarder əmindir ki, “Tesla”nın robot biznesi sonda elektrik maşınların biznesinə kölgə sala bilər.

“İnanıram ki, uzunmüddətli perspektivdə “Optimus” avtomobildən daha vacib layihə olacaq. Bu, iqtisadiyyat barədə bütün təsəvvürləri başdan-ayağa dəyişəcək”, – Mask bildirib.

Mənbə: Electrek

www.SEN.az

About FERZELIYEV

Check Also

Ötən əsrin ortalarına aid qəzetdə smartfonlar barədə dəqiq məlumat – FOTO

ABŞ-ın Mensfild şəhərində 1963-cü ilə aid yerli qəzetlərin birində smartfonlar barədə məqaləyə rast gəlinib. Həmin …

Alimlər Yerinkindən milyon dəfə güclü maqnit sahəsi yaratdılar – FOTO

Çinli mütəxəssislər bu günə qədər mövcud olanlar içində ən güclü maqniti yaradıblar. Onun fərqləndirici xüsusiyyəti …

Ayın qədim Yerin bir hissəsi olduğuna daha sübut tapıldı

Sürix Universitetinin geofizikləri Ayın vaxtilə Yerin bir hissəsi olduğuna dair yeni sübutlar tapıblar. Ayın mənşəyi …

Sahibəsi ilə birlikdə mahnı oxuyan pişik sosial şəbəkəni fəth etdi – VİDEO

Sahibəsi ilə birlikdə mahnı oxuyan pişik barədə kadrlar sosial şəbəkədə böyük maraqla qarşılanıb. Videonun müəllifinin …

Türkiyə səmasında əsrarəngiz meteor yağışı qeydə alındı – VİDEO

Türkiyənin Kütahya şəhərinin Domaniç rayonunda xalq arasında “ulduz axması” kimi də tanınan Perseid meteor yağışı müşahidə …