Çərşənbə axşamı , Sentyabr 16 2025

Tayvan polisi qəbiristanlıqda ölülərə “çağırış” etdi – VİDEO

Tayvanda seçkilər ərəfəsində yerli polis qəbiristanlıqda ölülərə “müraciət edərək”, onların öz övladlarını, yaxınlarını rüşvət almaq və digər qeyri-qanuni fəaliyyətlərini dayandırmaq üçün çağırış edib.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Kadrlarda polis maşınının şəhər qəbiristanlığında yavaş-yavaş hərəkət etməsi və zabitin səsgücləndirici vasitəsilə ölənlərdən qohumlarının qanunu pozmasına mane olmalarını istəməsi əks olunub.

Polis idarəsindən verilən məlumata görə, bu polis məmurunun şəxsi təşəbbüsü olub, sonradan bu kadrları sadəcə yaxınları, dostları ilə paylaşmaq üçün çəkib. Ancaq video yayımlandıqdan sonra 296 mindən artıq baxış toplayıb.

Polis idarəsindən hadisənin ictimaiyyət üçün faydalı bir xatırlatma olacağına ümid etdiklərini bildirilib.

Qeyd edək ki, Tayvanda seçkilərin özü noyabrın 26-da keçiriləcək.

Mənbə: Gazeta.ru

www.SEN.az

About FERZELIYEV

Check Also

Bu gün nadir təbiət hadisəsi olacaq

Avqustun 22-də səma nadir kosmik hadisəyə “Qara Ay”a şahidlik edəcək. Milli.Az xəbər verir ki, bu, …

Şəhərdə səs-küy salan gülün sahibi bilindi –

Bir neçə gün öncə nəhəng gül buketinin görüntüləri sosial şəbəkələrdə gündəmi zəbt etmişdi. Milli.Az xəbər …

Tramp gecə polislə birlikdə Vaşinqton küçələrində patrul çəkəcək

ABŞ Prezidenti Donald Tramp bildirib ki, başladığı cinayətlə mübarizə çərçivəsində cümə günü axşam Amerika paytaxtının …

“Tarqovu”da gənc qız elə hərəkətlər etdi ki… –

Bakının mərkəzində çəkilən görüntü diqqət çəkib. Milli.Az xəbər verir ki, paytaxtın “döyünən ürəyi” olan “Tarqovu” adlanan …

Solaxaylar üçün yeni xəbərdarlıq: Böyük risk var

Dünya əhalisinin təxminən 10 faizini təşkil edən solaxay insanlar gündəlik həyatda fərqlilikləri ilə seçilir. Lakin …