Çərşənbə , Sentyabr 28 2022

Ötən əsrin ortalarına aid qəzetdə smartfonlar barədə dəqiq məlumat – FOTO

ABŞ-ın Mensfild şəhərində 1963-cü ilə aid yerli qəzetlərin birində smartfonlar barədə məqaləyə rast gəlinib. Həmin nəşrin saralmış səhifəsinin fotoşəkili “Reddit” istifadəçisi tərəfindən dərc edilib.

“Bir gün Mensfild sakinləri ciblərində telefon daşıyacaqlar. Ancaq bunun sabah olacağını gözləməyin. Telefon şirkətinin menecerinin sözlərinə görə, bu cür cihazların kommersiya məqsədli istifadəsi uzaq gələcəkdir, lakin artıq ilk laboratoriya sınaqlarına başlanılıb”, – deyə məqalədə vurğulanıb.

1963-cü ildəki alimlərin fikrincə, gələcəyin bəzi telefonları müasir spikerfonların analoqu olmalı idi. Məqalə müəllifinin sözlərinə görə bu, evdar qadınlara yemək bişirməkdən yayınmadan zənglərə cavab verməyə imkan verəcəkdi.

Gələcəkdə daşına bilən başqa cihazın isə televizorlar kimi kiçik ekranlara sahib olacağı proqnozlaşdırılırdı. Buna görə də məqalə müəllifləri onları “TV fonları” adlandırıblar.

Sosial şəbəkə istifadəçiləri proqnozların dəqiqliyinə təəccüblərini bildiriblər.  Bəzi istifadəçilər isə məqalə müəlliflərinin 60-cı illərin amerikalı qadınını yalnız evdar kimi təqdim edən seksist tonuna istehza ediblər.

www.SEN.az

About FERZELIYEV

Check Also

“Whatsapp”da yeni maraqlı funksiya işə düşür – FOTO

Artıq “WhatsApp” istifadəçiləri mobil cihazlarında zənglər üçün keçid paylaşa biləcəklər. Oxşar xüsusiyyət “FaceTime”, “Zoom” və …

Müəllim dəhşətli qətliamdan uşaqları unikal yolla xilas etdi – VİDEO

Dəftər, tapşırıqlar və davam edən dərs… Yaxınlıqda isə atəş səsləri eşidilir. Görüntülər Rusiyanın İjevsk şəhərində …

Kim Çen Inın hamıdan gizli saxlanılan qızı görüntüləndi – FOTO/VİDEO

Sosial şəbəkələrdə Şimali Koreya lideri Kim Çen Inın qızı Kim Çju Enin olduğu iddia edilən …

Astronavt kosmosda “ulduz izlərini” çəkdi – FOTO

Amerikalı astronavt Don Pettitin Beynəlxalq Kosmik Stansiyadan (BKS) çəkdiyi unikal şəkli görənləri heyrətə gətirib.  Fotoda …

Kök və brokkoli yeyən hamilələrin bətnindəki körpələrin reaksiyaları güldürdü – FOTO

Salat bəzi insanlar üçün əvəzsiz qida sayılsa da, digərləri üçün bir qab tərəvəz yemək fikri …