Çərşənbə , İyul 6 2022

Maskın oğlu adını və cinsiyyətini dəyişdirir, atası ilə bütün əlaqələrini kəsir – FOTO

Amerikalı milyarder İlon Maskın oğlu Ksavyer Aleksandr Mask atası ilə bütün əlaqələri kəsmək, adını və cinsini dəyişdirmək qərarına gəlib.

18 yaşı tamam olan Mask Los-Anceles məhkəməsinə aprel ayında müraciət etsə də, bu barədə məlumatlar mediaya bu yaxınlarda sızıb. Müraciətlə bağlı məhkəmə sənədləri PlainSite.org saytında yerləşdirilib.

Aydın olub ki, Ksavyer Aleksandr Mask sənədlərdə cinsinin rəsmi olaraq kişidən qadına dəyişdirilməsi və adının Vivian Cenna Uilson kimi qeydiyyata alınması üçün məhkəməyə müraciət edib.

Maskın oğlu qərarını onunla izah edir ki, o, bioloji atası ilə yaşamır, həmçinin onunla heç bir şəkildə və hər-hansı formada qohum olmaq istəmir.

Xatırladaq ki, Ksavyer Aleksandr Mask və əkiz qardaşı Qriffin milyarderlə keçmiş arvadı Castin Uilsonun övladlarıdır.

2008-ci ildə boşanan cütlüyün ümumilikdə beş övladı var. Maskın digər iki övladının anası müğənni Qraymsdır (Kler Buşe).

Mənbə: Reuters

www.SEN.az

About FERZELIYEV

Check Also

Buzlaqlarda tapılan virusların təhlükəsi haqqında mif təkzib edildi

Tibet buzlaqlarında tapılan qədim virus və bakteriyalar bəşəriyyət üçün təhlükə yaratmır, əksinə tərəqqiyə töhfə verir. …

Ayı onu çəkməkdə inadkarlıq edən adamı cəzalandırdı – VİDEO

Ayı onu çəkməkdə inadkarlıq edən adama hücum edib. Hadisə Slovakiyada qeydə alınıb. Operator uzun müddət …

Qazaxıstan güclü iqtisadiyyata malik böyük, qonşu və qardaş ölkədir – FOTO

Şakir Eminbəyli yazır… Gəlin sizə daha bir türk dövlətinə qısamüddətli və maraqlı səyahətimdən söhbət açım. …

Qalaktikamızın mərkəzi yaxınlığında spirt molekulları tapılıb – FOTO

Süd Yolu qalaktikamızın mərkəzinin yaxınlığındakı “Oxatan B2” qaz və toz buludunda spirt molekulu olan izopropanol …

Qarşısına çıxan avtomobillərin üstünü cızdı, təkərlərini deşdi – VİDEO

Sosial şəbəkələrdə uzun saçlı gəncin qarşısına çıxan avtomobilləri cızdığı və təkərlərini deşdiyi barədə görüntülər yayılıb. …