Cümə axşamı , May 26 2022

Keşiş nikahı yarımçıq qoyub oğrunun ardınca qaçdı və onu maşını ilə vurdu – FOTO/VİDEO

Braziliyanın cənub-şərqindəki San-Paulu əyalətində qəribə hadisə baş verib.

Belə ki, keşiş nikah mərasimini yarımçıq qoyaraq oğrunun dalınca qaçıb və maşını ilə onu vurub.

Məlumata görə, hazırda 37 yaşlı keşiş Qustavo Trindade barəsində cinyət işi açılıb, o, “San Sebastyan” kilsəsindən geyim oğurladığı iddia edilən 40 yaşlı oğru Ancelo dos Santosun üstünə maşın sürməkdə ittiham olunur.

Kilsədə nikah mərasiminin davamını gözləyən Tatyana de Fatima və Aleks Aparesidon baş verənlərdən heyrətlərini gizlədə bilməyiblər.

“Bundan əvvəl mən keşişi tanımırdım, amma mərasimdən əvvəl və mərasim zamanı çox diqqətli idi, gülür, bizimlə zarafatlaşırdı. Mən həyəcanlı idim, o isə mənə sakit olmağımı, nəfəs almalı olduğumu, hər şeyin düzələcəyini deyirdi. Çox sakit idi”, – deyə Fatimə hadisədən əvvəl keşişin əhvalı barədə danışıb.

Onun sözlərinə görə, keşiş görünməyəndə dəvət olunan 100 qonağın çoxu mərasimi tərk edib, o isə keşişin qəza məsələsini xəbərsiz halda kilsədə şəkil şəkdirmək üçün gözləyib.

“İstəsəm də, istəməsəm də, bu, mənim toy hekayəmdən bir hissə oldu”, – deyə Fatimə gülərək bildirib.

Daily Mail

www.SEN.az

About FERZELIYEV

Check Also

Özbəkistanda şagird müəllimlə mübahisə etdikdən sonra pəncərədən tullandı – VİDEO

Sosial şəbəkələrdə məktəbli qızın müəllimlə mübahisə etdikdən sonra sinifin pəncərəsindən tullanmasını əks etdirən video yayılıb. …

Kişi ağlayan qızını qəribə üsulla sakitləşdirdi – VİDEO

Sosial şəbəkələrdə qızını qəribə üsulla sakitləşdirən kişinin görüntüləri yayılıb. Kadrlar istifadəçilər tərəfindən birmıənalı qarşılanmayıb. Videoda …

Ölü elan edilən körpə basdırıldıqdan bir saat sonra qəbirdən diri çıxarıldı – FOTO/VİDEO

Hindistanda yeni doğulan körpə ölü elan edildikdən sonra diri-diri basdırılıb. Məlumata görə, doğum yerli xəstəxanbaların …

60 yaşlı qadın 30 yaş cavan görünməyin sirrini açıqladı – FOTO

60 yaşında olmasına baxmayaraq yaşının yarısı qədər görünən Böyük Britaniya sakini gənclik və gözəlliyin sirlərini …

Avtoyuma işçisi qardaşlarını Dərbənddə gəzdirmək üçün bahalı avtomobil qaçırdı – VİDEO

Avtoyuma işçisi qardaşlarını Dərbənddə gəzdirmək üçün müştəriyə məxsus “Lexus” avtomobilini oğurlayıb. Bu barədə Dağıstan Daxili …