Cümə axşamı , May 26 2022

Basketbol oyunundan qaçırılan 15 yaşlı qız seks kölələrinin arasında tapıldı – FOTO

NBA oyunundan qaçırılan 15 yaşlı qız seks köləliyinə cəlb olunub. 

Hadisə aprelin 8-də “Dallas” və “Portlend” komandaları arasında NBA-nın mövsüm matçı zamanı baş verib. Qız böyük fasilədən əvvəl tanımadığı kişi tərəfindən qaçırılıb.

O, qaçırıldıqdan 11 gün sonra Oklahomada bir moteldə tapılıb. Yeniyetmənin insan alverçilərinin əlinə keçdiyi və cinsi köləliyə cəlb edildiyi bildirilir.

Valideynlər qızlarını seks-reklam saytındakı fotoşəkillərdən tanıyıblar.

Vəkil Zeke Fortenberinin sözlərinə görə, qızın atası onun oyun zamanı yoxa çıxması barədə polisə məlumat verib, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları kişini şikayət ərizəsi yazmaq üçün Dallas yaxınlığındakı şəhərə göndəriblər. Orada isə ona bildirilib ki, hadisə Dallasda baş verdiyi üçün yerli polis hadisəni araşdıra bilmir. Nəhayət ata Hyustonda insan alveri ilə mübarizə agentliyinə müraciət edib. 

Araşdırmalar nəticəsində polis səkkiz şübhəli şəxsi həbs edib. 

Yeniyetmənin valideynləri isə “Dallas Maveriks”i və polisi səhlənkarlıqda ittiham edərək məhkəməyə müraciət edib.

Mənbə: RİA Novosti

www.SEN.az

About FERZELIYEV

Check Also

Özbəkistanda şagird müəllimlə mübahisə etdikdən sonra pəncərədən tullandı – VİDEO

Sosial şəbəkələrdə məktəbli qızın müəllimlə mübahisə etdikdən sonra sinifin pəncərəsindən tullanmasını əks etdirən video yayılıb. …

Kişi ağlayan qızını qəribə üsulla sakitləşdirdi – VİDEO

Sosial şəbəkələrdə qızını qəribə üsulla sakitləşdirən kişinin görüntüləri yayılıb. Kadrlar istifadəçilər tərəfindən birmıənalı qarşılanmayıb. Videoda …

Ölü elan edilən körpə basdırıldıqdan bir saat sonra qəbirdən diri çıxarıldı – FOTO/VİDEO

Hindistanda yeni doğulan körpə ölü elan edildikdən sonra diri-diri basdırılıb. Məlumata görə, doğum yerli xəstəxanbaların …

60 yaşlı qadın 30 yaş cavan görünməyin sirrini açıqladı – FOTO

60 yaşında olmasına baxmayaraq yaşının yarısı qədər görünən Böyük Britaniya sakini gənclik və gözəlliyin sirlərini …

Avtoyuma işçisi qardaşlarını Dərbənddə gəzdirmək üçün bahalı avtomobil qaçırdı – VİDEO

Avtoyuma işçisi qardaşlarını Dərbənddə gəzdirmək üçün müştəriyə məxsus “Lexus” avtomobilini oğurlayıb. Bu barədə Dağıstan Daxili …