Cümə axşamı , May 26 2022

“Qəbələ” ilk qələbəsini qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start verilib.

II dövrənin açılış oyununda “Qəbələ” və “Sabah” klubları üz-üzə gəlib.

Rəqibini 2:1 hesabı ilə məğlub edən əyalət təmsilçisi 2020/2021 mövsümündə ilk qələbəsini qazanıb. Bu eyni zamanda qonaqların ardıcıl 5-ci məğlubiyyəti olub.

Qəbələ şəhər stadionunda keçirilmiş görüşdə komandalar meydana üzərində “Biz Azərbaycan xalqını qürurlu, cəsarətli, yenilməz xalq kimi təsdiqlədik” sözləri yazılmış pankartla çıxıblar. Start fitindən əvvəl ənənəvi olaraq Dövlət himni səsləndirilib.

İlk qol 31-ci dəqiqədə vurulub. “Qəbələ”nin heyətində Yusif Nəbiyev fərqlənib. 54-cü dəqiqədə Nikolas Raysel komandasının üstünlüyünü 2 topa çatdırıb. 69-cu dəqiqədə Masazır təmsilçisi azlıqda qalıb. Nikola Vuyadinoviç 2-ci sarı vərəqəni görərək meydandan qovulub. “Sabah”ın hücumçusu Ramil Şeydayevin 79-cu dəqiqədə vurduğu qol isə matçda yekun nəticəni müəyyənləşdirib.

Bu qələbədən sonra xalını 8-ə çatdıran “Qəbələ” 6-cı pilləyə yüksəlib. 6 xalı olan “Sabah” isə 7-ci sıraya geriləyib.

Günün digər oyununda “Zirə” “Səbail”i qəbul edəcək.

Qeyd edək ki, tura sabah keçiriləcək “Sumqayıt” – “Neftçi” və “Qarabağ” – “Keşlə” oyunları ilə yekun vurulacaq.

About www. SEN.az

Check Also

İbrahimoviç ilin sonunadək oynamayacaq

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç sol dizindən əməliyyatdan olunub. Həkimlərin sözlərinə görə, ön çarpaz bağın yenidən …

UEFA Konfrans Liqasının ilk qalibi müəyyənləşib – VİDEO

UEFA Konfrans Liqasında 2021/2022 mövsümünün final görüşü baş tutub. Sen.Az xəbər verir ki, ilk dəfə …

“Çelsi” yay transferlərinə böyük məbləğdə vəsait ayıracaq

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel bu yay transferlərə 200 milyon funt-sterlinq vəsait xərcləməyə hazırlaşır. Mənbə …

“Neftçi”nin yeni baş məşqçisi kim olacaq? – FOTO

“Neftçi”nin Samir Abasovla yollarını ayıracağı heç kimdə şübhə doğurmur. Paytaxt klubunun rəhbərliyi artıq yeni baş …

Mane karyerasını PSJ-də davam etdirə bilər

Fransanın PSJ klubu “Liverpul”un hücumçusu Sadio Maneni heyətinə qatmağa çalışır. Seneqallı futbolçu ilə dünyanın bir …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.