Çərşənbə axşamı , Sentyabr 16 2025

Nəriman Axundzadənin son durumu – “Ferentsvaroş”la oyuna qədər hazır olacaq?

Misli Premyer Liqasının II turunda “Qarabağ” “Sumqayıt”a 0:1 hesabı ilə məğlub olub.

Milli.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında “kəhər atlar”ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb:

“Rəqibi təbrik edirəm, qalib gəldilər. 2 oyuna altı xal yaxşı başlanğıcdır. Özümüz barədə çox söz deməyə lüzum yoxdur. Yorğunluq vardı, motivasiya qaydasında deyildi. Bu məğlubiyyətin bizim üçün, oyunlara motvivasiya üçün bunun faydası olacaq. Yaxşı uğurlardan sonra belə oyunlar bizim faydamızadır. Uğur əldə edəndə komanda “yuxarı qalxır”. 3 xal “Sumqayıt”ın haqqı idi. Oyunun gedişatında qol gözlənilmirdi, lakin qapımızda top gördük. Bizim də şanslarımız oldu. Ümumi klub üçün yaxşı başlanğıc oldu”. 

53 yaşlı mütəxəssis Nəriman Axundzadənin son durumu haqda danışıb: “Nərimanın zədəsi vardı. Əzələsində gərginlik var idi. Geridə qalan 2-3 gündə müalicə olunurdu, məşqdə də iştirak etməyib”. 

Q.Qurbanov Juninyonun adının “Qarabağ”la hallanması barədə bu sözləri deyib: “Məndə belə bir məlumat yoxdur. Sadəcə “Flamenqo”da oynamır deyə belə söz-söhbətlər yaranıb”.

“Ferentsvaroş” klubunun açıqlamalarına Qurban Qurbanov münasibət bildirib:

“Rəqibin fikirləri normaldır. Futbolçuları motivasiya etmək üçün normal gedişdir. Biz oyunlarımıza səbrlə yanaşırıq. Rəqibin fərqi yoxdur. Kənar məsələlərə görə işimizi qursaq irəli gedə bilmərik. Bu işin içində olduğumuz üçün bunu normal qəbul edirik. Vacib oyundur. Məndən başqa hamı bu oyunu keçmişik kimi düşünür. Bu, digər tərəfdən bizə mane olur. Qarşımızda heç nədən qol vuran komanda var. Səhvsiz oynamağa, aqresiv olmamağa, yanmamağa çalışacağıq”. 
 

Milli.Az

About FERZELIYEV

Check Also

Azərbaycan güləşçisi erməni rəqibinə qalib gələrək, dünya çempionu olub

Bakı. Trend: Azərbaycanın yunan-Roma güləşçisi Ayxan Cavadov Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında final …

“Sumqayıt” səfərdə “”Qarabağ”ı məğlub edib – Misli Premyer Liqası

Bakı. Trend: Misli Premyer Liqasının II turu çərçivəsində “Qarabağ” futbol klubu “Sumqayıt”ı qəbul edib. Trend …

Rafael Fiziyev: “Onun zərbələrindən sonra gözümün önündə ulduzlar gördüm”

“Rafael Dos Anyosun zərbələrindən sonra gözlərimin önündə ulduzları gördüyümü xatırlayıram”. Milli.Az SEN.az-a istinadən xəbər verir …

Azərbaycanın U-17 millisinin oyunlarının vaxtı açıqlandı

Bakı. Trend: 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi …

Messinin mühafizəçisinin illik qazancı üzə çıxdı! –

Argentina ulduzu Lionel Messinin 3 ildir şəxsi mühafizəçisi olan Yassine Cheukonun illik 167 milyon lirə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir