Cümə axşamı , Noyabr 24 2022

Karlsen 53 oyunluq məğlubiyyətsizlik seriyasını qıran 19 yaşlı Nimannı fırıldaqda ittiham etdi – FOTO

Şahmat üzrə hazırkı dünya çempionu norveçli Maqnus Karlsen 53 oyunluq məğlubiyyətsizlik seriyasını qıran 19 yaşlı amerikalı Hans Nimannı fırıldaqda ittiham edib.

“Bilirəm ki, hərəkətlərim şahmat cəmiyyətində çoxlarını narahat edib. Məyus oldum. Mən şahmat oynamaq istəyirəm. Ən yaxşı turnirlərdə ən yüksək səviyyədə şahmat oynamağa davam etmək istəyirəm. Düşünürəm ki, şahmatda fırıldaq böyük problemdir və oyun üçün təhlükədir”, – deyə Karlsen özünün “Twitter” hesabında yazıb.

Onun sözlərinə görə, keçmişdə dəfələrlə saxtakarlıq etmiş insanlara qarşı oynamaq istəmir, çünki onların gələcəkdə nəyə qadir olduğunu bilmir.

Qeyd edək ki, Nimann 12 və 16 yaşlarında onlayn turnirlərdə saxtakarlığa əl atdığını etiraf edib. O, əməlini səhv hesab etdiyini və buna görə peşman olduğunu bildirib. Bununla belə, amerikalı iddia edir ki, o, Karlsenlə oyunda fırıldağa əl atmayıb.

“Hesab edirəm ki, Nimann açıq şəkildə etiraf etdiyindən daha çox aldadıb. Onun inkişafı qeyri-adi idi, “Sinquefield Cup”da oynadığımız oyun zamanı məndə elə təəssürat yarandı ki, o, gərgin deyil və hətta kritik mövqelərdə oynamağa tam diqqətini cəmləməyib; qaralarla məni elə udurdu ki, düşünürəm ki, yalnız bir neçə oyunçu birlikdə bunu bacara bilərdi. Bu oyun mənim nöqteyi-nəzərimi dəyişməyə kömək etdi”, – deyə Karlsen əlavə edib.

Xatırladaq ki, Karlsen və Nimann sentyabrın 4-də Sent-Luisdəki turnirdə görüşüblər. 19 yaşlı amerikalı klassik vaxta nəzarət oyununda qalib gəlib. Ertəsi gün Maqnus gənc rəqibinin saxtakarlığına eyham vuraraq turnirdən çıxıb.

Sosial şəbəkələrdə amerikalının saxtakarlığı ilə bağlı fərziyyələr yayıldı. Bunlardan birinə görə, Nimannın bədənində müəyyən bir ötürücü olub ki, vibrasiya ilə düzgün hərəkətlər təklif edilib.

Nimann bu ittihamları belə şərh edib:

“Çılpaq oynamağımı istəsələr, edərəm! Yəqin ki, dünya çempionu mənə uduzduğu üçün utanır. Mənim ona yazığım gəlir!”

Bir neçə həftə sonra (sentyabrın 19-da) rəqiblər onlayn “Nəsil Kuboku” turnirində qarşılaşdılar və Karlsen ikinci gedişdə Nimanna nümayişkaranə şəkildə təslim oldu. Buna səbəb kimi isə norveçli çaşqınlıq və panikaya düşdüyünü yox, “fırıldaqçı ilə oynamaq istəmədiyini” göstərdi.

Mənbə: Sport Express

www.SEN.az

About FERZELIYEV

Check Also

Uruqvay yığmasında 12 il sonra ilk yaşandı

12 il ərzində ilk dəfə olaraq futbol üzrə dünya çempionatının final mərhələsində Uruqvay yığmasının qapısını …

Avropanın iç, İranın ağ üzü…

Qan Turalı yazır… Qətərdə keçirilən futbol üzrə dünya çempionatında müzakirələr futboldan çox kənar mövzular üzərində …

Araz Abdullayev klubsuz qaldı

“Sumqayıt” komandası futbolçusu Araz Abdullayevlə müqaviləni ləğv edib. Klubun mətbuat xidmətindən verilən məlumata görə, 30 yaşlı …

Səudiyyə yığmasının baş məşqçisi barədə heyrətamiz həqiqət: Karyerasına zibil yığmaqla başlayıb – FOTO/VİDEO

Budəfəki mundialda Səudiyyə Ərəbistanı dünya çempionatı tarixinin ən böyük sürprizlərindən birini yaşayıb. C qrupunun açılışında …

“Vüqar Həşimov Memorialı-2022” turnirinin vaxtı dəqiqləşib

“Vüqar Həşimov Memorialı-2022” VIII beynəlxalq şahmat turnirinin vaxtı dəqiqləşib. “SEN.az”un məlumatına görə, bu barədə yarışın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir