Çərşənbə axşamı , Avqust 16 2022

“Kəpəz”in Premyer Liqaya dönüşü, VAR-ın ləğv etdiyi qol, qırmızı vərəqə və “Zirə”nin qələbəsi – VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünə start verilib.

Sen.Az xəbər verir ki, I turun açılış matçı dörd ildən sonra elitaya qayıdan “Kəpəz”lə ötən mövsümün bürünc medalçısı “Zirə” arasında keçirilib.

Gəncə şəhər stadionunun tribunaları qəzalı vəziyyətdə olduğundan bölgə klubu rəqibini “Dalğa Arena”da qəbul edib. Görüş paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 32-ci dəqiqədə qonaqlardan Məhəmməd Həmdui açıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə “Kəpəz”in yeni transferi Mixeil Ergemlidze tarazlığı bərpa edib.

83-cü dəqiqədə “qartallar”dan Dmitrios Çantakias birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Bundan başqa, 87-ci dəqiqədə Gəncə təmsilçisinin vurduğu qol Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan VAR sisteminə baxıldıqdan sonra ləğv olunub. Videotəkrar sistemi Ergemlidzenin dubl etdiyi epizodda ofsayd qeydə alıb.

Matçın əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə isə Sertan Taşkın “Zirə”nin qələbə qolunu vurub.

Bu nəticədən sonra “Zirə” 3 xalla birinci pilləyə yüksəlib.

Qeyd edək ki, tura avqustun 6-sı, 7-si və 8-də keçiriləcək “Qarabağ” – “Səbail”, “Şamaxı” – “Neftçi”, “Sabah” – “Sumqayıt” və “Turan Tovuz” – “Qəbələ” görüşləri ilə yekun vurulacaq.

www.SEN.az

About FERZELIYEV

Check Also

“Liverpul” ikinci oyunda da qələbəyə həsrət qaldı – VİDEO

İngiltərə Premyer Liqasında II tura yekun vurulub. Sen.Az xəbər verir ki, turun son matçı Liverpulda …

Mourinyo “Roma”nın qələbəsini 60 pizza ilə qeyd edib

Joze Mourinyo “Salernitan”a üzərindəki qələbəni qeyd etmək məqsədilə ziyafət təşkil edib. 1:0 hesablı səfər qələbəsindən …

Kvaratsxeliyadan uğurlu debüt, “Napoli” səfərdə darmadağına sevindi

İtaliya A seriyasının açılış turu davam edir. Sen.Az xəbər verir ki, günün maraqlı qarşılaşmalarından biri …

İslamiada: Azərbaycan qılıncoynadanı gümüş medal qazanıb

Azərbaycan şpaqaçısı Ruslan Həsənov Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. “SEN.az”un Konyaya …

Məşhur klublarda oynamış Avropa çempionu “Zirə”də

Təmkin Xəlilzadə və İlkin Muradovla yollarını ayırmağa hazırlaşan “Zirə” yeni transfer edir.  Klub serbiyalı yarımmüdafiəçi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.