Çərşənbə , İyul 6 2022

İranlı baş məşqçi Azərbaycan millisindən istefa verdi – RƏSMİ + FOTO

Taekvondo üzrə kişilərdən ibarət millinin baş məşqçisi Reza Mehmandust istefa verib.

Sen.Az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Toplantıda məşqçi müəllimlərin fəaliyyəti, taekvondoçuların çıxışları müzakirə olunub. Verilən qərara əsasən məşqçi müəllimlərin heyətində müəyyən dəyişikliklər olunub.

Belə ki, öz xahişi ilə istefa verən Reza Mehmandustun yerinə Məmməd Abdullayev komandaya baş məşqçi təyin edilib. Onun köməkçisi Rəşad Məmmədov olacaq. Sənan Həşimov isə qadınlardan ibarət milli komandanın böyük məşqçisi təyin edilib.

Xatırladaq ki, Sen.Az saytı bir müddət əvvəl baş məşqçinin dəyişiləcəyini yazmışdı. Lakin bununla belə, xəbər Azərbaycan Taekvondo Federasiyası tərəfindən bəyanat yayılaraq təkzib olunmuşdu.

Səbuhi Musa

www.SEN.az

About FERZELIYEV

Check Also

Çempionlar Liqası: Bu gün 7 oyun keçiriləcək – AFİŞA

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk matçlarına yekun vurulacaq. Sen.Az-ın məlumatına görə, ikinci …

İbrahimoviç daha bir il “Milan”da qalacaq

Zlatan İbrahimoviç bu yay təqaüdə çıxmayacaq və “Milan” ilə yeni müqavilə imzalayacaq. Bunu “SkySport”a istinadən …

“Lex”in baş məşqçisi: “Qələbə qazanmaq vacib idi”

“Mənim üçün yeni klubdakı ilk matçda qələbə qazanmaq vacib idi. Amma indi növbəti görüşü düşünürük …

Çempionlar Liqası: “Malmö” və “Lüdoqorets” qələbə qazanıb

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib. İlk oyun günündə 8 qarşılaşma baş tutub. …

Qurban Qurbanov: “Bu səviyyədə oyunlara çox az çıxırıq”

“Rəqibdə məni təəccübləndirən böyük nəsə olmadı. Sadəcə, onlardan hücum futbolu gözləyirdim”. “SEN.az” xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.