Cümə axşamı , May 26 2022

Federasiya nümayəndələri ilə İslamiada və Olimpiadaya hazırlıq müzakirə olundu – FOTO

Mayın 13-də Olimpiya idman növləri üzrə milli federasiyaların nümayəndələri ilə növbəti görüş keçirilib.

Sen.Az xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) keçirilən toplantıda gənclər və idman naziri Fərid Qayıbov federasiya nümayəndələri və mütəxəssisləri salamlayaraq, son vaxtlar görülmüş işlər və qarşıdakı olanlar barədə danışıb, görüşün məqsədi barədə məlumat verib.

Görüşün gündəliyinə əsasən, 2023-cü il üçün büdcənin planlaşdırılması, tibbi məsələlər, idmançıların reytinq cədvəli, 2024-cü il Paris Yay Olimpiya Oyunlarına ilkin hazırlıq, V İslam Həmrəyliyi Oyunlarına, Ümumdünya Oyunlarına, Avropa Yeniyetmələrin Olimpiya Festivalına hazırlıq, Azərbaycanda keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlər, beynəlxalq idman qurumlarında təmsil olunma məsələləri, ölkə miqyaslı yarışların keçirilmə qaydaları ilə bağlı texniki reqlamentin hazırlanması, məşqçi və hakimlər üçün seminarların təşkili, idmançıların ADBTİA-da təcrübəyə cəlb edilməsi, yeni layihələr və digər məsələlər müzakirə edilib, federasiya nümayəndələrinin təklifləri dinlənilib.

www.SEN.az

About FERZELIYEV

Check Also

UEFA Konfrans Liqasının ilk qalibi müəyyənləşib – VİDEO

UEFA Konfrans Liqasında 2021/2022 mövsümünün final görüşü baş tutub. Sen.Az xəbər verir ki, ilk dəfə …

“Çelsi” yay transferlərinə böyük məbləğdə vəsait ayıracaq

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel bu yay transferlərə 200 milyon funt-sterlinq vəsait xərcləməyə hazırlaşır. Mənbə …

“Neftçi”nin yeni baş məşqçisi kim olacaq? – FOTO

“Neftçi”nin Samir Abasovla yollarını ayıracağı heç kimdə şübhə doğurmur. Paytaxt klubunun rəhbərliyi artıq yeni baş …

Mane karyerasını PSJ-də davam etdirə bilər

Fransanın PSJ klubu “Liverpul”un hücumçusu Sadio Maneni heyətinə qatmağa çalışır. Seneqallı futbolçu ilə dünyanın bir …

UEFA Region Kubokunun oyunları Şamaxı və Bakıda baş tutacaq – DETALLAR BİLİNDİ

“Region Kubokunun Azərbaycanda keçirilməsini UEFA bizdən xahiş etdi. Çünki Belarusda məlum səbəblərdən yarış keçirilə bilməz. Biz …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.