Çərşənbə axşamı , Dekabr 9 2025

Azərbaycan üzgüçüləri dünya çempionatına vəsiqə qazanmaq üçün Çexiyada yarışacaqlar

Azərbaycan üzgüçüləri 29 aprel – 1 may tarixlərində Çexiyanın Ostrava şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. 

Sen.Az xəbər verir ki, bu yarış həm bu il Macarıstanın paytaxtı Budapeştdə, həm də 2023-cü ildə Yaponiyanın Fukuoka şəhərində keçiriləcək dünya çempionatına lisenziya xarakteri daşıyır.

Azərbaycan Üzgüçülük Federasiyandan verilən məlumata görə, turnirdə ölkəmizlə yanaşı İsveçrə, Ukrayna, Rumıniya, Polşa, Macarıstan, Xorvatiya, Çexiya və Gürcüstandan idmançılar öz güclərini sınayacaqlar. Bu yarışda Azərbaycan yığma komandasını yeni tərtib olunmuş normativ cədvəlinə uyğun normativləri yerinə yetirmiş Ramil Vəlizadə, Məryəm Şeyxəlizadəxangah, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov təmsil edəcək.

Üzgüçülük üzrə yığmanın baş məşqçisi Rəşad Əbdürrəhmanovun sözlərinə görə, komanda bu yarışa əzmlə hazırlaşıb:

“Bu yarış komandamızın dünya çempionatına lisenziya qazanması baxımından çox önəmlidir. Ümid edirik ki, üzgüçülərimiz bu yarışda öz göstəricilərini daha da yaxşılaşdıraraq finala vəsiqə qazananlar sırasında olacaqlar. Bu turnirdə çox güclü idmançılar iştirak edəcəklər. Çox çalışırıq ki, Azərbaycan üzgüçüləri ən yaxşı nəticələr göstərənlər sırasında olsunlar”.

www.SEN.az

About FERZELIYEV

Check Also

Nəriman Axundzadənin son durumu – “Ferentsvaroş”la oyuna qədər hazır olacaq?

Misli Premyer Liqasının II turunda “Qarabağ” “Sumqayıt”a 0:1 hesabı ilə məğlub olub. Milli.Az xəbər verir …

Azərbaycan güləşçisi erməni rəqibinə qalib gələrək, dünya çempionu olub

Bakı. Trend: Azərbaycanın yunan-Roma güləşçisi Ayxan Cavadov Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında final …

“Sumqayıt” səfərdə “”Qarabağ”ı məğlub edib – Misli Premyer Liqası

Bakı. Trend: Misli Premyer Liqasının II turu çərçivəsində “Qarabağ” futbol klubu “Sumqayıt”ı qəbul edib. Trend …

Rafael Fiziyev: “Onun zərbələrindən sonra gözümün önündə ulduzlar gördüm”

“Rafael Dos Anyosun zərbələrindən sonra gözlərimin önündə ulduzları gördüyümü xatırlayıram”. Milli.Az SEN.az-a istinadən xəbər verir …

Azərbaycanın U-17 millisinin oyunlarının vaxtı açıqlandı

Bakı. Trend: 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir