Çərşənbə , İyul 6 2022

Altı Azərbaycan klubunda və milli komandada çalışmış şəxs “Şamaxı”ya gətirilir – AÇIQLAMA

“Şamaxı” futbol klubuna yeni icraçı direktor təyin olunacaq.

Bu iddia ilə Futbolinfo.az saytı çıxış edib.

Saytın xəbərinə görə, bu posta sonuncu dəfə səkkiz il əvvəl tarixin yaddaşına qovuşmuş “Simurq”da (Zaqatala) çalışmış Kamran İsmayılov təyin olunacaq.

Məsələ ilə bağlı Sen.Az Kamran İsmayılovun mövqeyini öyrənib. K.İsmayılov yayılan xəbəri nə təsdiq, nə də təkzib edib:

“Hələ ki, rəsmi bir şey yoxdur. Bu səbəbdən də açıqlama verməyim düzgün olmaz. Amma kimsə mənimlə icraçı direktor vəzifəsi ilə bağlı danışıq aparmayıb”.

O, “Simurq”dan ayrıldıqdan sonra hansı işlə məşğul olduğunu da açıqlayıb:

“Mən qışda Dubayda, Antalyada, yayda Avstriya, Sloveniyada xarici klubların təlim-məşq toplanışlarını təşkil etməklə məşğul idim. Bir xarici şirkətlə frilanser kimi əməkdaşlıq edirdim. Pandemiyaya qədər bu işlə məşğul olmuşam”.

Qeyd edək ki, Kamran İsmayılov əvvəllər “Neftçi” və milli komandada inzibatçı kimi işləyib. O, daha sonra “Şəmkir”, milli komanda, “Şəfa”, “İnter”, “Bakı” və “Simurq”da menecer vəzifəsində çalışıb.

Xatırladaq ki, ötən ayın sonunda “Şamaxı”nın Müşahidə Şurasının sədri Zaur Axundov işlərinin çoxluğunu əsas gətirərək istefa verib. Ondan sonra kluba Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyevin rəhbərlik edəcəyi deyilsə də, məlumat təsdiqini tapmayıb.

Səbuhi Musa

www.SEN.az

About FERZELIYEV

Check Also

Çempionlar Liqası: Bu gün 7 oyun keçiriləcək – AFİŞA

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk matçlarına yekun vurulacaq. Sen.Az-ın məlumatına görə, ikinci …

İbrahimoviç daha bir il “Milan”da qalacaq

Zlatan İbrahimoviç bu yay təqaüdə çıxmayacaq və “Milan” ilə yeni müqavilə imzalayacaq. Bunu “SkySport”a istinadən …

“Lex”in baş məşqçisi: “Qələbə qazanmaq vacib idi”

“Mənim üçün yeni klubdakı ilk matçda qələbə qazanmaq vacib idi. Amma indi növbəti görüşü düşünürük …

Çempionlar Liqası: “Malmö” və “Lüdoqorets” qələbə qazanıb

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib. İlk oyun günündə 8 qarşılaşma baş tutub. …

Qurban Qurbanov: “Bu səviyyədə oyunlara çox az çıxırıq”

“Rəqibdə məni təəccübləndirən böyük nəsə olmadı. Sadəcə, onlardan hücum futbolu gözləyirdim”. “SEN.az” xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.