"Real" futbolçusuna 300 milyon avro qiymət qoydu

63af3 real madrdid

 Madrid "Real"ı aparıcı oyunçularından olan Toni Kroosun transfer qiymətini açıqlayıb.

"Kral klubu"nun rəhbərliyi almaniyalı futbolçunu 300 milyon avro qarşılığında satmağa razılaşacağını bildirib.

Son vaxtlar adı müxtəlif klublarla birgə hallanan Kroosun "Real"la 2020-ci ilin yayına qədər sözləşməsi var.

İspaniya mətbuatında madridlilərin 26 yaşlı futbolçu ilə yolları ayırmaq istədiyi haqda xəbərlər yayılsa da, Almaniya yığmasının üzvünə qoyulan transfer qiyməti bu məlumatların doğru olmadığı göstərir.

Qeyd edək ki, Kroos "Real"a 2014-cü ildə "Bavariya"dan transfer olunub.

Çap