20.03.2019

♡_İbrətli hekayə_♡

1455558675 843 1054458327957966 1888263725623063035 n

 

Bir alim adam dünyadan köcmək üzrə idi.Oğlunu yanına çağırıb vəsiyyət edir.Oğlum sənə belə bir vəsiyyətim var:Mən bu dünyadan köcəndən sonra məni corablarımla basdırarsan.Qoy corablarım ayagımda olsun.Sonrada bir mektub yazır verir ki ogluna,əgər hər hansı bir iş barədə cətinə düşən acıb bu məktubu oxuyarsan,sənə kömək olar.Alim vəsiyyətlərini edir gözlərini əbədi yumur.Hə islam qayda qanunu ilə buna meyid qüslu alınır,hər bir şey olunur,iş gəlir bunun basdırılmasına çatır.Oglu deyir ki, atam vəsiyyət etmişdi ki məni corablarımla basdırarsız.Molla ogula deyir ki sen ne danışırsan biz müselmanıq islamda elə şeyə izn yoxdu,corab məsələsini yıgışdır, kişini basdıraq.Ogul deyir yoxe mən atamın vəsiyyətinə mütləq əməl eləməliyəm.molla da razılaşmır.Deyir bu məsələni baş mollaya demək lazımdı,görək o nə deyir.Baş mollaya catdırırlar o da deyir ki corabla basdırılması qeyri mümkündü.Ogul da yapıwıb ki nə olursa olsun mən atamın vəsiyyətini poza bilmərəm.Baş molla deyir qoy bunu yuxariya deyək,onlar izn verərlərsə onda basdirmaq olar.Yoxsa mümkün deyil..Yuxarıdan da "yox" cavabı gelir.Ogul çıxılmaz vəziyyətdə qalır,düşür cətinə.Birdən atasının məktub məsələsi yadına düşür ki,atası ona məktubu verəndə demişdi ki nə vaxt cətinə düşsən acıb bunu oxuyarsan.Oglu tez alıb məktubu acıb oxuyur.Atası məktubda yazmışdi:Ogul görursən?Özumlə o dünyaya bir cüt corab aparmaq istəyirım ona da imkan vermirlər.Odur ki dünya malına cox da həris olma!!

Çap E-mail