16.11.2019

Bunları bilmək vacibdir

1455310300

 

 

Mətbəxdə bəzi incə məqamları bilmək xanımların işlərini asanlaşdırır.
Hər bir xanımın özünə məxsus mətbəx sirləri olur.

• Plovunuzun dənə-dənə və ağ olmasını istəyirsinizsə, içinə bir neçə damla limon damladın.
• Gül kələmi qaynadarkən suyuna yarım çay stəkanı süd əlavə edin.Belə olan halda, həm pis qoxusu gedər, həm də kələminizz dümağ olar.
• Balığı qızartdıqdan sonra 1 çay stəkanı su və 2 şorba qaşığı sirkəni qaynadın. Bu şəkildə otaqdakı balıq qoxusu gedəcək.
• Gözəl bir keks hazırlamağın ən əhəmiyyətli məqamlarından biri materialların otaq istiliyində olması.
• Xəmir şirinləri üçün şərbət hazırlayarkən, ocaqa qoyduğunuz suda şəkər əriyincəyə qədər qaşıqla qarışdırın. Şəkər əridikdən sonra qarışdırmayın. Qarışdırsanız şəkərlənəcək.
• Tomatı mühafizə etdiyiniz şüşə qaba bir miqdar zeytunyağı əlavə etsəniz, çox daha uzun müddət təzə qalacaq.
• Əllərinizdəki sarımsaq qoxusu üçün əllərinizi duzla ovalayıp, sonra sabunla yuyun. Qoxunun getdiyini görəcəksiniz.
• Hazırladığınız keksin üzərinə əridilmiş şokolad tökəcəksinizsə, şokolada bir az kərə yağı əlavə edin. Yağ həm şokoladı yumşaldır, həm də ləzzət verir.
• Balığın yaxşı qızarması üçün, əvvəl bir az südün içinə batırın. Sonra qarğıdalı unu qarışığına bulayıb, tavada qızardın.
• Yeməyinizin duzu çox olursa, qazana bir neçə parça çiy kartof atın. Çox duzu çəkəcəkdir.
• Kartofların cücərməsini önləmək üçün kartof səbətinin içinə bir neçə ədəd yaşıl alma atın.
• Xəmir işlərini və kekslərin bişirdikdən sonra ən az bir saat istirahət etdirin, sobada çıxaran kimi servis etsəniz, içi xəmir qalar.
• Soğan soyarkən gözlərinin yaşarmaması üçün soğanı, su dolu bir qabın içinə qoyun.
• Göbələk bişirərkən qaralmaması üçün limonlu suda qaynatmaq lazım.
• Noxud, lobya və mərci kimi qida məhsullarını bişirərkən qaz yaratmağının qarşısını almaq üçün cirə istifadə edin.
• Kəsilmiş, yarım qalmış soğan parçalarını saxlamayın. Açıq havada qalmış soğan parçası sağlamlığa zərərlidir.

Çap E-mail