16.11.2019

Bunları bilmək hər qadına lazımdır!

1455168220 6993724 wallpaper of beautiful girl

 

sen.az istinadən yeməkləri daha da ləzzətli hazırlamaq üçün xırda məsləhətlər təqdim edir:

- Vineqred salatı hazırlayarkən bir xörək qaşığı südə 1 çay qaşığı şəkər tozu qatıb, salata töksəniz, o daha dadlı alınar.

- Salat üçün kartof bişirirkən onun suyuna bir çay qaşığı sirkə tökün. Bu zaman kartoflar həm rəngini dəyişməyəcək, həm də əzilməyəcək.

- Qoyun ətinin iyi gəlməməsi üçün onu xırda sarımsaqlar doğranmış süddə 1 saat saxlayın.

- Salatın içərisinə tökəcəyiniz almaların qaralmaması üçün onları doğradıqdan sonra yarım saat duzlu suda saxlayıb, sonra yuyun.

- Çini qabları isti suyla yumaq olmaz. Bu zaman onların rəngi tez solacaq.

- Gümüş qaşıqların və ya çəngəllərin daha yaxşı parıldaması üçün onları diş pastası və naşatir spirti qatılmış su ilə yuyun.

Çap E-mail