Çərşənbə axşamı , Dekabr 9 2025

Rusiyaya iki həftə vaxt verildi

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Ukraynadakı müharibəni dayandırmayacağı təqdirdə onu sanksiyalarla hədələyib.

SEN.az xəbər verir ki, ABŞ liderinin çıxışı Ağ Evin sosial şəbəkələrdəki səhifələrində yayımlanır.

Tramp vurğulayıb ki, iki həftə ərzində Ukraynadakı müharibənin həlli ilə bağlı çox mühüm qərar qəbul edəcək. Onun sözlərinə görə, belə bir qərara sanksiyalar, tariflər daxil ola bilər: “Lazım gələrsə, mən iki həftə ərzində Rusiyaya qarşı sanksiyalarla bağlı qərar verə bilərəm”.

Bu iki həftə ərzində o, Moskva və Kiyevin münaqişənin nizamlanmasına yanaşmalarını öyrənmək istəyir. Bundan sonra o, Ukraynada sülh danışıqlarının dayanmasına kimin cavabdeh olduğunu müəyyən edəcək.

About FERZELIYEV

Check Also

Sentyabrda Ay, Venera və Günəş tutulmaları baş verəcək

Sentyabr ayında üç mühüm astronomik hadisə gözlənilir. Moskva Planetariumunun məlumatına görə, 7 sentyabrda Ayın tam …

Zəngəzur dəhlizinə heç kim müqavimət göstərə bilməz!

“Mən Zəngəzur dəhlizinin nə olduğunu bilirəm, buna heç kim müqavimət göstərə bilməz!” SEN.az xəbər verir ki, …

İngiltərədə miqrant əleyhinə etirazlar

İngiltərədə sığınacaq axtaran miqrantların yerləşdirildiyi 26 oteldə anti-miqrant aksiyaları elan olunub. SEN.az “Independent”ə istinadla xəbər verir …

Xarici agent elan edilən Markovdan AÇIQLAMA

“Mənə hücumları Rusiyanın düşmənləri və Putinin siyasətçiləri həyata keçirirlər. Gələcəkdə onlar ya özlərini satqın kimi …

Sergey Markov Rusiyada xarici agent ELAN EDİLDİ

Rusiya Ədliyyə Nazirliyi politoloq Sergey Markovu xarici agentlər siyahısına daxil edib. SEN.az xəbər verir ki, bu …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir