Çərşənbə , Sentyabr 17 2025

Bu ölkədə 10 milyon dollar dəyərində “Samsung” oğurlandı

“Samsung”-un ən son qatlanan smartfonlarının, təxminən 12 000 cihazdan ibarət böyük partiyası, Londondakı Hitrou hava limanı yaxınlığında daşınma zamanı oğurlanıb.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, qarət ötən həftənin sonunda baş verib. Cinayətkarlar Galaxy Z Fold 7 və Z Flip 7 modellərinin böyük partiyasını daşıyan yük maşınını ələ keçiriblər.

Oğurlanmış malların ümumi dəyəri təxminən 10,6 milyon dollar olaraq qiymətləndirilir ki, bu da hadisəni son illərdə Böyük Britaniyada baş verən ən böyük elektronika oğurluqlarından birinə çevirir.


<!—->
<!––>

Böyük Britaniya polisinin məlumatına görə, oğurlanmış smartfonların 75%-ə qədəri 72 saat ərzində qeyri-qanuni şəkildə ölkədən çıxarılır ki, bu da onların axtarışını xeyli çətinləşdirir. Oğurlanan cihazlar tez-tez yenilənmiş IMEI nömrələri ilə “boz” bazarda peyda olur.

Milli.Az

About FERZELIYEV

Check Also

Sentyabrda Ay, Venera və Günəş tutulmaları baş verəcək

Sentyabr ayında üç mühüm astronomik hadisə gözlənilir. Moskva Planetariumunun məlumatına görə, 7 sentyabrda Ayın tam …

Rusiyaya iki həftə vaxt verildi

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Ukraynadakı müharibəni dayandırmayacağı təqdirdə onu sanksiyalarla hədələyib. …

Zəngəzur dəhlizinə heç kim müqavimət göstərə bilməz!

“Mən Zəngəzur dəhlizinin nə olduğunu bilirəm, buna heç kim müqavimət göstərə bilməz!” SEN.az xəbər verir ki, …

İngiltərədə miqrant əleyhinə etirazlar

İngiltərədə sığınacaq axtaran miqrantların yerləşdirildiyi 26 oteldə anti-miqrant aksiyaları elan olunub. SEN.az “Independent”ə istinadla xəbər verir …

Xarici agent elan edilən Markovdan AÇIQLAMA

“Mənə hücumları Rusiyanın düşmənləri və Putinin siyasətçiləri həyata keçirirlər. Gələcəkdə onlar ya özlərini satqın kimi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir