Cümə axşamı , May 26 2022

Quranda yazıldığına görə, yəhudilərin Allahın oğlu saydıqları Üzeyr kimdir?

Üzeyrin kimliyi barədə dinlər arasında fikir ayrılığı vardır. Bəzi tədqiqatçılar Quranda “Üzeyr” adlandırılmış şəxsin Bibliyada Yezdra adlandırlan şəxslə eyni olduğunu deyirlər. Bibliyadakı Yezdra Bəni-İsrailin peyğəmbərlərindən olmuş, yəhudilərin Babil əsirliyi dövründə yaşamış, onları Yerusəlimə qaytarmışdır. O, məhv olmuş Tövrat mətnini öz hafizəsindən diktə edərək yazdırmışdı. Bibliyada “Yezdranın kitabı” adlı bölüm vardır. Quranda buyurulduğu kimi, yəhudilər Üzeyri (Yezdranı) “Allahın oğlu” adlandırmışlar (Tövbə, 30). Bəzi tədqiqatçıların fikrincə, Üzeyrə bu ləqəbi verənlər bütün yəhudilər deyil, Yəməndə yaşayan bir qrup yəhudi olmuşdur. Bəzi nəzəriyyələrə görə, Üzeyrin sağlığında hörmət əlaməti olaraq, “Allah adamı” mənasında onu “Allahın oğlu” adlandırırdılar.

Bəzi təfsirçilərin fikrincə, Üzeyr Quranın Bəqərə surəsində, 259-cu ayədə adı çəkilmədən haqqında danışılan şəxsdir. O, dağılmış şəhərlərin birinin yanından keçərkən Allahın əmri ilə qəfil ölmüş, 100 ildən sonra dirilmişdi. Bu hadisə Allahın möcüzələrindən biri sayılır. Bəzi tədqiqatçılar ayədə danışılan şəxsin (Üzeyrin) peyğəmbər olduğunu ehtimal etmişlər.

The post Quranda yazıldığına görə, yəhudilərin Allahın oğlu saydıqları Üzeyr kimdir? appeared first on islam.az.

About FERZELIYEV

Check Also

Möhürün üzərinə təyəmmüm etmək olarmı?

İslam şəriətinə görə su tapılmadığı, eləcə də, dəstəmaz və qüsl suyunun bədənə ziyan verdiyi hallarda …

Kazanda İƏT Gənc Sahibkarlarının VIII Beynəlxalq Forumu keçirilib

Tatarıstanın paytaxtı Kazan şəhərində Tatarıstan Gənclər və İdman Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya …

Şəhid Mütəhhəri: “Хаlqı dindәn qаçırtmаq üçün bundаn tәsirli sәbәb tаpmаq оlаrmı?”

Хәtiblәrin biri dеyir: Mәşhәddә dinsiz bir şәхs vаr idi. Mәn оnunlа gеt-gәl еdib çох dаnışıqdаn …

Dinimizadə kimə isə lənət demək icazəlidirmi?

Hər şeydən əvvəl bunu qeyd edək ki, İslam dini sevgi dinidir, Allahın insanlara mərhəməti, insanların …

Dəməşqdə və hətta Misirdə İmam Hüseynin (ə) başının dəfn edildiyi deyilən ziyarətgah vardır. Bu ziyarətgahlar etibarlıdırmı?

İmam Hüseynin (ə) şəhid olduqdan sonra mübarək başının harada dəfn edildiyi barədə tarixçilər arasında fikir …