Çərşənbə axşamı , Dekabr 9 2025

Dünyada baş verən zəlzələlər Allahın insanlara verdiyi cəzadırmı?

Dünyada hər bir hadisə Allahın elmi və hikməti əsasında baş verir. İnsan ilahi hikməti tam anlamaqda acizdir. Bəzi hadisələrin səbəbi barədə insana biliklər verilib, bəzi hadisələrin səbəblərinin yalnız cüzi bir hissəsi insana məlumdur, bəzi hadisələrin hikməti isə ümumilikdə insandan gizlidir. Təbii fəlakətlərdə mütləq mənada ilahi cəza axtarmaq düzgün deyil. Unutmayaq ki, Allah dünyanı təbiət qanunları əsasında idarə edir, zəlzələ, tufan, sel kimi fəlakətlər də təbiətdə baş verən bəzi proseslərin məntiqi yekunudur. Bu fəlakətlər bir qisim insanların həyatına son qoysa da, məsələni daha geniş miqyasda təsəvvür etməliyik. Hər bir hadisədə insanın anlamadığı məsləhət vardır. Bütün hadisələr kimi, təbii fəlakətlər insanlar üçün sınaq da ola bilər, cəza da. Təbii fəlakətlərin bəzi dağıdıcı təsirləri isə birbaşa insan fəaliyyəti ilə bağlıdır. Məsələn, zəlzələ zamanı dağıntıların çox olmasının bir səbəbi də binaların tikilişi zamanı səhlənkarlığa yol verilməsi, seysmik zonalarda hündür binaların inşa olunması, sakinlərin təhlükəsizlik qaydalarını pozması və s.-dir. Bu kimi nöqsanların olduğu yerdə zəif zəlzələnin də böyük fəlakətlər gətirməsi tamamilə təbiidir.

The post Dünyada baş verən zəlzələlər Allahın insanlara verdiyi cəzadırmı? appeared first on islam.az.

About FERZELIYEV

Check Also

İlk oruç hangi tarihte tutulacak? Ramazan Bayramı ne zaman? Tatil kaç gün sürecek? 2023 Diyanet Ramazan takvimi…

Ramazan Bayramı ne zaman sorusunun cevabı arama motorlarında araştırılıyor. İslam dininde bütün aylardan daha hayırlı …

Ramazan Bayramı ne zaman? Tatil kaç gün sürecek? İlk oruç hangi tarihte tutulacak? 2023 Diyanet Ramazan takvimi…

Ramazan Bayramı 2023 tarihi araştırılan konular arasında yer alıyor. İlk oruç Mart ayı itibarıyla tutulmaya …

Fevralın 24-nə keçən gecə imam Hüseynin (ə) mövludunun ildönümüdür

Bu gecə (fevralın 24-nə keçən gecə) Peyğəmbərimizin sevimli nəvəsi, İmam Əlinin (ə) və Peyğəmbərin qızı …

Depremzedelere 15 bin Kur’an-ı Kerim gönderildi

Türkiye Diyanet Vakfı, depremzedelerin talebi üzerine bölgeye 15 bin Kur’an-ı Kerim gönderdi. Vakıf, Kur’an’ın yanı …

Şaban ayının əməlləri

Şaban ayında yerinə yetirilməsi rəvayət edilən əməlləri iki qisimə ayırmaq olar. Birinci qism bu ayın …