Cümə axşamı , May 26 2022

Can verən şəxsin vəziyyətini yüngülləşdirmək üçün nə etmək məsləhətdir?

Ölüm hər kəs üçün fərqli şəkillərdə baş verir. Ölümqabağı “canvermə” adlanan hal da insanın dünya həyatından, əməllərindən, xəstəliyinin növündən və s. asli olaraq fərqlənə bilər. Hədislərdə deyilir ki, bəzən ölümqabağı şeytan insanı öz tərəfinə çəkmək, imanını məhv etmək üçün ona vəsvəsə edir, vəd verir ki, guya əgər Allahdan dönüb ona iman gətirsə, əziyyətini yüngülləşdirəcək. İnsanın imanı güclüdürsə, bu vəsvəsələrə yox deməyi bacaracaq və Allahın yolunda sabit qalacaq. Bu vəziyyətdə can verən şəxsə kömək etmək, eləcə də, ölümqabağı baş verən digər ağrı-acıları yüngülləşdirmək üçün ətrafdakı şəxslərin bəzi əməlləri etməsi faydalıdır.

Yaxşı olar ki, can verən şəxsi, ayaqlarının altı qibləyə olmaq şərti ilə kürəyi üstə yatırsınlar. Başının üstündə Yasin, Saffat, Əhzab surələrini, ayətəl-kürsini, Bəqərə surəsinin son 3 ayəsini, Əraf surəsinin 54-cü ayəsini oxusunlar. Bunları oxumağa imkan olmasa, Qurani-Kərimin hər hansı surə və ya ayəsini oxumaq olar. Müstəhəbdir ki, ona kəlmeyi-şəhadəti təlqin etsinlər, yəni yanındakı adam kəlmeyi-şəhadət cümlələrini desin, çalışsın ki, can verən də bunları təkrar etsin. Eləcə də, 12 imamın adlarını təlqin etmək savabdır.

Can verən şəxsin yanında cənabətli şəxsin, heyzli qadının olması, ətrafdakı şəxslərin ağlaması və çox danışması məkruhdur (bəyənilməzdir). Can verən şəxsi tək buraxmaq da məsləhət deyil; yaxşı olar ki, dünyasını dəyişənə kimi yanında kimsə oturub, yuxarıda deyilən əməlləri yerinə yetirsin. Əgər can verən şəxs namaz qılan mömindirsə və çətin can verirsə, onu namaz qıldığı yerə (otağa), canamazının üstünə aparmaq da rahatlıq gətirə bilər.

The post Can verən şəxsin vəziyyətini yüngülləşdirmək üçün nə etmək məsləhətdir? appeared first on islam.az.

About FERZELIYEV

Check Also

Möhürün üzərinə təyəmmüm etmək olarmı?

İslam şəriətinə görə su tapılmadığı, eləcə də, dəstəmaz və qüsl suyunun bədənə ziyan verdiyi hallarda …

Kazanda İƏT Gənc Sahibkarlarının VIII Beynəlxalq Forumu keçirilib

Tatarıstanın paytaxtı Kazan şəhərində Tatarıstan Gənclər və İdman Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya …

Şəhid Mütəhhəri: “Хаlqı dindәn qаçırtmаq üçün bundаn tәsirli sәbәb tаpmаq оlаrmı?”

Хәtiblәrin biri dеyir: Mәşhәddә dinsiz bir şәхs vаr idi. Mәn оnunlа gеt-gәl еdib çох dаnışıqdаn …

Dinimizadə kimə isə lənət demək icazəlidirmi?

Hər şeydən əvvəl bunu qeyd edək ki, İslam dini sevgi dinidir, Allahın insanlara mərhəməti, insanların …

Dəməşqdə və hətta Misirdə İmam Hüseynin (ə) başının dəfn edildiyi deyilən ziyarətgah vardır. Bu ziyarətgahlar etibarlıdırmı?

İmam Hüseynin (ə) şəhid olduqdan sonra mübarək başının harada dəfn edildiyi barədə tarixçilər arasında fikir …