Çərşənbə axşamı , Avqust 16 2022

Bir müctəhidə təqlid edə-edə bəzi məsələlərdə başqa müctəhidə də təqlid etmək olarmı?

Şəriətə görə, insan bir müctəhidin əələm (yəni başqa müctəhidlərdən daha elmli) olduğunu bilirsə, ona təqlid etməlidir, elm baxımından ondan aşağı olan müctəhidə təqlid edə bilməz. Şəriət hökmləri bizim istəyimizə və nəfzimizə görə tənzimlənmir. Əgər insanın təqlid etdiyi müctəhid bir məsələdə fətva verməmişsə, həmin şəxs bu mövzuda fətvanı axtarmağa cəhd etməlidir. Kommunikasiyanın inkişaf etdiyi müasir dünyada bu çətin iş deyil.
Əgər müctəhid bir məsələdə fətva verməmiş və ehtiyat buyurmuşsa, bu halda insan ya həmin ehtiyata əməl etməli, ya da həmin müctəhiddən elm baxımından aşağı, amma digər müctəhidlərdən yuxarı olan başqa bir müctəhidin qəti fətvasına (ehtiyat yox) tabe olmalıdır.
Əgər fiqhin bəzi bölümlərində bir müctəhidin, bəzi bölümlərində isə başqa müctəhidin daha elmli olduğu dəqiq məlumdursa, o halda insan hər bir bölümdə daha elmli müctəhidə təqlid etməlidir. Məsələn, insan bir müctəhidə təqlid edir, amma möhkəm sübutlarla ona aydın olur ki, oruc bölümündə başqa müctəhid daha elmlidir. O halda həmin şəxs öz müctəhidinin təqlidində qalmaqla, oruc məsələlərində o biri müctəhidə təqlid edə bilər. Buna “təqliddə təbiz”, yəni ayırma, bölünmə deyilir. Nəzərə alaq ki, təbiz bütöv fiqh bölümlərinə şamil olur. Məsələn, bütövlükdə bir müctəhidə təqlid edib, təkcə bir məsələdə ya 5 məsələdə başqasına təqlid etmək olmaz. Bir ya daha çox mövzuya aid olan bütün məsələlərdə (məsələn, bütövlükdə oruc hökmlərində və ya həcc hökmlərində) bu keçərlidir.

The post Bir müctəhidə təqlid edə-edə bəzi məsələlərdə başqa müctəhidə də təqlid etmək olarmı? appeared first on islam.az.

About FERZELIYEV

Check Also

İslam dini əlkimya (alximiya) elminə necə münasibət bəsləyir?

Bütün dünyada, o cümlədən, Şərq dünyasında bəzi elmlər fərqli istiqamətlərdə inkişaf etmişlər. Məsələn, nücum adı …

Bir qız indiyə kimi ona elçi düşən heç kimi bəyənməyib və ərə getməyib. Ona deyirlər ki, bəxti bağlanıb. Bu söz düzdürmü?

Sehr və cadunun mümkünlüyü barədə alimlərin görüşləri fərqlidir. Bəziləri bunu mümkün sayır, bəziləri isə gözbağlıca …

Şehit babası imam İbrahim Taşdemir’den Müslümanlar’a örnek davranış! 25 dilde İslam’a davet ediyor

İzmir’in Selçuk ilçesindeki tarihi İsa Bey Camisi’nde imamlık yapan şehit babası İbrahim Taşdemir, şeker ikramıyla …

Azərbaycanda Aşura qeyd edildi – FOTO

Bu gün Azərbaycanda Aşura qeyd edilib. İSLAM.AZ ölkənin müxtəlif bölgələrində lentə alınan fotoları təqdim edir. …

Diyanet İşleri Başkanı Erbaş’tan Muharrem ayı ve Kerbela Mesajı

Kur’an-ı Kerim’de saygı gösterilmesi istenen dört aydan biri olan Muharrem ayı, faziletine, ilahî feyz ve …