Cümə axşamı , May 26 2022

Bəziləri deyir ki, siqaret çəkmək dini baxımdan haramdır. Bu fikir doğrudurmu?

Hər şeydən əvvəl qeyd edək ki, siqaret çəkmək sağlamlıq baxımından ziyanlıdır. Siqaret çəkməyin bioloji ziyanları elm tərəfindən çoxdan sübuta yetirilib. Orqanizmdən asılı olaraq, bu ziyan bir şəxs üçün həddən artıq təhlükəli, digər şəxs üçün az təhlükəli ola bilər. Bundan əlavə, siqaret maddi baxımdan da insana ziyan gətirir, siqaretə xərclənən gündəlik pullar ailə büdcəsindən çıxılır.

Lakin siqaret çəkməyin dini baxımdan hökmü barədə fikirlər müxtəlifdir. Bir qrup alimlər siqaretin sağlamlığa ziyan olduğunu əsas gətirərək, onu qəti şəkildə haram bilirlər. Bunların arasında əhli-sünnə (daha dəqiq desək, sələfi-vəhhabi) alimləri üstünlük təşkil edir, amma bəzi az sayda şiə alimləri də bu fikri dəstəkləmişlər. Əksər alimlərin fikrinə görə isə, siqaret çəkmək bəyənilməz əməl və vərdiş olsa da, öz-özlüyündə günah (haram) deyil; amma əgər bir şəxsin sağlamlığına ölümcül təhlükə törətdiyi sübuta yetərsə, onun siqaret çəkməsi öz canına qəsd etmək sayılar və günah olar. Bəzi alimlər siqaret çəkən şəxslərin bu vərdişi davam etdirməsini icazəli bilmiş, amma əvvəllər siqaret çəkməmiş adamın buna başlamasını haram saymışlar. Hər bir halda, müsəlmanın bu zərərli vərdişdən çəkinməsi daha yaxşıdır.

The post Bəziləri deyir ki, siqaret çəkmək dini baxımdan haramdır. Bu fikir doğrudurmu? appeared first on islam.az.

About FERZELIYEV

Check Also

Möhürün üzərinə təyəmmüm etmək olarmı?

İslam şəriətinə görə su tapılmadığı, eləcə də, dəstəmaz və qüsl suyunun bədənə ziyan verdiyi hallarda …

Kazanda İƏT Gənc Sahibkarlarının VIII Beynəlxalq Forumu keçirilib

Tatarıstanın paytaxtı Kazan şəhərində Tatarıstan Gənclər və İdman Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya …

Şəhid Mütəhhəri: “Хаlqı dindәn qаçırtmаq üçün bundаn tәsirli sәbәb tаpmаq оlаrmı?”

Хәtiblәrin biri dеyir: Mәşhәddә dinsiz bir şәхs vаr idi. Mәn оnunlа gеt-gәl еdib çох dаnışıqdаn …

Dinimizadə kimə isə lənət demək icazəlidirmi?

Hər şeydən əvvəl bunu qeyd edək ki, İslam dini sevgi dinidir, Allahın insanlara mərhəməti, insanların …

Dəməşqdə və hətta Misirdə İmam Hüseynin (ə) başının dəfn edildiyi deyilən ziyarətgah vardır. Bu ziyarətgahlar etibarlıdırmı?

İmam Hüseynin (ə) şəhid olduqdan sonra mübarək başının harada dəfn edildiyi barədə tarixçilər arasında fikir …