20.04.2019

Bir tək səni sevdim Allahım

1455049179 53d6b3cbbee2

 Allahım! - Qəlbimi və dilimi , qulaqlarımı və gözümü nurlu et üstümü və altımı, sağımı və solumu ,önümü və arxamı nurlu et.
A L L A H I M ! . . .

Allahım! - Mənə , əzələlərimə ,cəsədimə, qanıma, saçlarıma və vücuduma nur ver.
A L L A H I M ! . . .

Allahım! - Sənə zikir etməkdə Sənə şükür etməkdə və sənə gözəl ibadət etməkdə mənə yardım et. 
A L L A H I M ! . . .

Allahım! - Xəsislikdən və qorxaxlıqdan ,rəzil ömür sürməkdən sənə sığınıram.Dünya fitnəsindən , qəbr əzabından Sənə sığınıram .
A L L A H I M ! . . .

Allahım! - Səndən cənnəti diləyirəm. Bizi imanla zinətləndir və hidayətləndir, bizdən qabaq doğru yol ilə gedənlərdən et. Səndən günahlarımızın bağışlanmasını diləyirəm .
A L L A H I M ! . . .

Allahım! -Səndən faydalı elm alb xalqa xeyir verən əməli salehlərdən olmagı diləyirəm. Halal xeyirli ruzi bərəkət diləyirəm.
A L L A H I M ! . . .

Allahım ! - Bədənimə, qulaqlarıma və gözlərimə sağlamlıq ver.Dünya və axirətdə Səndən bağışlanmaq diləyirəm.
A L L A H I M ! . . .

Allahım ! - Qüsurlarımızı gizlət, qorxdyğumuz şeylərdən bizi qoru.Ayagımızın altını qazayanların xəyanətindən Sənin əzəmətinə sığınıram. 
A L L A H I M ! . . .

Allahım! - Sənə zikir etməkdə Sənə şükür etməkdə və sənə gözəl ibadət etməkdə Mənə yardım et.
A L L A H I M ! . . .

Allahım!- Günahlarımın hamısını kiciyini və böyüyünü, ilkini və sonuncysynu , gizlisini və aşkarını bağışla.O gündən bagişla ki, dünyaya göz acmışıq.O günə qədər bağışla ki, dünyaya güz yumacağıq...
A L L A H I M ! . . .

Allahım!- Dinimiz ,dünyamız , ailəmiz və malımız haqda Səndən bağışlama və sağlamlıq diləyirəm.
A L L A H I M ! . . .

Allahım!- Ən böyük düşmənimiz olan nəfisimizdən , qovulmuş şeytanın şərrindən ,vəsvəsəsindən , xətadan , bəladan , qəzadan , tokdan -alovdan ,təbii fəlakətlərdən , dedi-qodydan , davadan-şavadan , qiybətdən , şərdən , böhtandan haramcılıqdan, murdarcılıqdan, duadan-cadudan, fitnə-fəsatda , təbii fəlakətlərdən hərcür bəla və müsübətlərdən sənə sığınırıq. Öz kölgəni bizdən əsirgəmə .
Amin.

Çap E-mail