20.04.2019

ﷲ ☝Əziz SEN.az-lılar Cüməniz mübarək olsunﷲ ☝

quran1 0

 

Bəzi aylar, günlər və məkanlar var ki, Allah yanında daha qiymətlidir. Cümə günü məhz belə günlərdəndir. Cümə günü İslamda çox əhəmiyyətli günlərdən hesab olunur. İslam Peyğəmbəri (s) buyurur: "Cümə günü günlərin sərvəridir və Allah yanında ən şərəfligünlərdəndir".

Başqa bir hədisdə isə Əmirəl-Möminin Əli (ə) buyurur: "Cümə günün gecəsi çox parlaq, gündüzü isə nuranidir. Hər kim cümə axşamı dünyadan köçsə, qəbir əzabından amandadır və hər kim cümə günü dünyadan köçsə, cəhənnəm atəşindən azad olar".

İmam Sadiq (ə) isə belə buyurur: "Sizlərdən hər kim cümə gününü dərk edərsə, o günü ibadətdən başqa heç bir şeylə məşğul olmaz və Allahın rəhmət yağışı onun üzərinə yağar. O, həzrət daha sonra buyurur: "Cümə günündə əməllərin savabı iki qat olar”

Müstəhəbdir ki, insan cümə axşamı günüdən özünü cümə günü üçün hazırlasın. Paltarların təmizləsin, özünü ətirləsin və o maneələr ki, onu cümə gününün ibadətlərindən saxlayacaq onları aradan qaldırsın. Əsr vaxtı isə tövbə və istiğfar etmək, münacatla məşğul olmaq təkid olunmuşdur.

Çap E-mail