Şənbə , Avqust 13 2022

FERZELIYEV

Türkiyədə arvadından boşanmaq istəyən kişi qayınları tərəfindən bıçaqlandı – VİDEO

Türkiyənin Malatya şəhərində həyat yoldaşı ilə ayrılmaq mərhələsində olan 27 yaşlı şəxs qayınları tərəfindən bıçaqlı hücuma məruz qalıb. İnsidentin əvvəli mağazalardan birinin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Dava nəticəsində bıçaq xəsarətləri alan kişi xəstəxanaya yerləşdirilib. Hadisəni törədən iki qardaş saxlanılaraq istintaqa cəlb edilib. Mənbə: İHA www.SEN.az

Read More »

Salah və Kurtua “Qızıl top”a iddialı ilk onluqdadır – SİYAHI

“France Football” jurnalı “Qızıl top”a namizədlərin siyahısını dərc etməyə başlayıb. Salah, Kurtua – “Qızıl top”a namizədlərin 1-ci beşliyində, Levandovski, Vinisius – 2-ci beşlikdə, Benzema – 3-cü beşlikdə yer alıb. Ümumilikdə dünya futbolunda əsas fərdi mükafata 30 iddiaçı təqdim olunacaq. İlk beşlik: Tibo Kurtua (“Real” Madrid, Belçika) Rafael Leau (“Milan”, Portuqaliya) …

Read More »

Elbrus dağlarında turist qadın 3,8 min metr yüksəklikdə övlad dünyaya gətirdi – VİDEO

Elbrus dağlarında ilk dəfə turist qadın 3,8 min metr hündürlükdə uşaq dünyaya gətirib. Qadın kanat yolu ilə dırmaşarkən doğum sancıları başlayıb. Xilasedicilərin qadının yanına çatması çətin olduğu üçün o, Qara-Başi stansiyasında körpəni özü dünyaya gətirməli olub. Yanında ona mənəvi dəstək olan digər turistlər və işçilər də olub. Turistin oğlan övladı …

Read More »

ABŞ 80 ildən sonra Avropaya 101-ci hərbi hava-desant diviziyasını yerləşdirir – FOTO

ABŞ Avropaya elit hava-desant diviziyasını yerləşdirir. Bu barədə ABŞ-ın NATO-dakı missiyasının məlumatında ​​deyilir. “80 ildən sonra “Qışqıran Qartallar” kimi tanınan 101-ci Hava Desant Diviziyası Avropaya qayıdır. Təxminən 2400 əsgər Rumıniya, Bolqarıstan, Macarıstan və Slovakiyaya göndəriləcək. Məqsəd  NATO-nun şərq cinahını qorumaq, müttəfiqlərimizi sakitləşdirmək və nəzarət altına almaqdır”, – deyə “Twitter”də yayılmış …

Read More »

Türkiyədə sürücü piyada zolağının üzərində hərəkət edən qadını vurub bir neçə metr kənara atdı – VİDEO

Türkiyənin Kayseri şəhərində ağır yol nəqliyyat hadisəsi qeydə alınıb. Sükan arxasında oturan sürücü avtomobili piyada zolağının üzərində hərəkət edən qadına çırpıb. Hadisə ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Ağır xəsarətlər alan qadın reanimasiyaya yerləşdirilib. Həkimlər onun vəziyyətini kritik qiymətləndirirlər. Mənbə: İHA www.SEN.az

Read More »

Rafiq Hüseynov İslamiadanın qalibi oldu

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb. “SEN.az”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 82 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada qırğızıstanlı Kalidin Asikeyevlə görüşüb. Rəqibinə 6:3 hesabı ilə qalib gələn Hüseynov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. …

Read More »

Trampın mülkündən 11 dəst məxfi sənəd tapıldı – FOTO

ABŞ-ın keçmiş prezidenti Donald Trampın mülkündə axtarış zamanı Federal Təhqiqat Bürosunun (FTB) agentləri 11 dəst məxfi sənəd ələ keçiriblər. Onlardan bəzilərinin üzərində “tam məxfi” qrifi qeyd olunub. Bu isə qanuna əsasən, yalnız xüsusi dövlət qurumlarında baxılmaq üçün nəzərdə tutulur. Qeyd olunur ki, FTB agentləri Trampın Florida ştatının Mar-a-Laqo şəhərindəki evindən …

Read More »