Cümə axşamı , Sentyabr 18 2025

Yol polisi sürücülərə “Formula-1” ilə bağlı müraciət etdi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin “2025 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar sürücülərə müraciət edib.

Metbuat.az xəbər verir ki, bu barədə idarədən məlumat verilib.

Bildirilib ki, sabah başlayacaq “2025 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə hərəkətin məhdudlaşdırıldığını nəzərə alaraq, xüsusilə paytaxtın cənub qapısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sürücülərdən cənubdan mərkəzə doğru, yəni “Azneft” və “Neftçilər” dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla “20 Yanvar” və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etsinlər.

Həmçinin 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlar isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur.

Yol hərəkəti iştirakçılarından yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunur.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

About FERZELIYEV

Check Also

Azərbaycanda “Vahid Mədəniyyət Reyestri” yaradılır

Azərbaycanda “Vahid Mədəniyyət Reyestri” sisteminin yaradılması nəzərdə tutulur. Metbuat.az xəbər verir ki, bununla bağlı Mədəniyyət …

Nüfuzlu qlobal oyun şirkəti “Xsolla” Azərbaycan texnoparkında fəaliyyət göstərəcək

Bakı. Trend: Dünyanın aparıcı videooyun kommersiya şirkətlərindən biri olan “Xsolla” İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin …

Paşinyanın reytinqi azalıb, məşhur iş adamı ona çatır

Ermənistanda müxalifətin təşəbbüsü ilə sosioloji sorğu keçirilib, lakin onun nəticələri dərc edilməyib. SEN.az xəbər verir …

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum

Gürcüstanın Şida Kartli bölgəsinin Kareli rayonunda Azərbaycanın SOCAR şirkətinə məxsus avtomobilə silahlı hücum olub. SEN.az …

Minsk Bakının bərk məişət tullantılarının çeşidlənməsi təcrübəsini öyrənmək istəyir

Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndə heyəti Belarusun paytaxtı Minsk şəhərinin 958 illiyinə həsr olunmuş tədbirlərdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir