Çərşənbə axşamı , Sentyabr 16 2025

Xaricdə təhsil proqramına qəbul meyarlarının sərtləşdirilməsi nəzərdə tutulur – Emin Əmrullayev

Bakı. Trend:

Xaricdə təhsil proqramına qəbul meyarlarının sərtləşdirilməsi
nəzərdə tutulur. Bu il xaricdə təhsil proqramına 900-ə yaxın
müraciət daxil olub. Bu qədər namizəd arasından seçim etmək çox
çətindir.

Trend xəbər verir ki, bunu
elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” proqramında
deyib. Onun sözlərinə görə, iki güclü namizəd arasında bir yer
olanda, kimsə istər-istəməz kənarda qalır:

“Biz çalışırıq ki, ən yaxşıları seçək. Prosesdə müsahibələr də
aparılır, lakin qəbul etməliyik ki, hər bir müsahibə müəyyən qədər
subyektivdir.”

O bildirib ki, əsas məqsəd seçimdə subyektivliyi minimuma
endirməkdir:


<!—->
<!––>

“Elə bir sistem qurmaq niyyətindəyik ki, qəbul olunanların
keyfiyyəti əvvəlcədən müəyyən olunmuş yüksək meyarlara əsaslansın.
Yekunda təxminən 500 nəfər ən yaxşı namizəd seçilməlidir. Bu
məqsədlə qəbul prosesini daha da çətinləşdirməyi və proqramı
dünyanın ən yüksək səviyyəli universitetlərinə yönləndirməyi
planlaşdırırıq”.

Nazir, həmçinin vurğulayıb ki, proqram uzunmüddətli perspektivdə
Azərbaycanın inkişafına ciddi töhfə verəcək:

“Əminəm ki, bu proqram müstəqilliyimizin və inkişafımızın əsas
dayaqlarından biri olacaq. Xaricdə təhsil alan gənclər 5, 10, 15,
hətta 20 ildən sonra Vətənə qayıdaraq dövlət və özəl sektorda mühüm
uğurlar qazanacaq, ölkəmizin tərəqqisinə xidmət edəcəklər”.

About FERZELIYEV

Check Also

İsrail daha Qətərə zərbə endirməyəcək – Tramp

Bakı. Trend: İsrail daha Qətərə zərbə endirməyəcək. Trend xəbər verir ki, bu sözləri ABŞ Prezidenti …

I Liqa klubu yeni transferini açıqlayıb

Bakı. Trend: Transfer çalışmalarını davam etdirən “Difai” heyətini yeni futbolçu ilə gücləndirib Trend xəbər verir …

İsrailin Livana endirdiyi hava zərbəsi nəticəsində azı 12 nəfər yaralanıb

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələrin Livanın cənubundakı Nəbatiyə şəhərinə silsilə zərbələr endirməsi nəticəsində …

Gələn il kənd təsərrüfatı xərcləri 9%-dən çox azaldılacaq

Bakı. Trend: 2026-cı ildə Azərbaycanda kənd təsərrüfatı xərclərinin 1 milyard 92,1 milyon manat olması nəzərdə …

2026-cı ildə təhsil xərcləri 1% artırılacaq

Bakı. Trend: 2026-cı ildə Azərbaycanda təhsil xərclərinin 4 milyard 985,8 milyon manat olması nəzərdə tutulur. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir