
Bakı. Trend
Sentyabrın 16-da Xalq artisti Hacı Murad Yagizarov II Fəxri
xiyabanda dəfn olunub.
Trend xəbər
verir ki, dəfn mərasimində Xalq artistinin ailə üzvləri, sənət
dostları və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak
ediblər.
Qeyd edək ki, Xalq artisti, tanınmış teatr və kino aktyoru,
Dövlət mükafatı laureatı Hacı Murad Yegizarov 13 sentyabr 2025-ci
il tarixində, ömrünün 86-cı ilində Almaniyada vəfat edib.
Hacı Murad Hacı Əhməd oğlu Yegizarov 18 iyul 1939-ci ildə Bakı
şəhərində anadan olub. Orta məktəb illərindən səhnə sənətinə maraq
göstərib, dram dərnəyində çıxış edib. 1958–1962-ci illərdə M.Əliyev
adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU)
Aktyorluq fakültəsində (Xalq artisti Məhərrəm Haşımovun kursu)
təhsil alıb.
<!—->
<!––>
1962-ci ildən sənət taleyini Azərbaycan Dövlət Rus Dram Teatrına
bağlayan aktyor burada “Sən niyə yaşayırsan?”, “Həyat necə də
qısadır”, “Pik saatı”, “Öz yolunla”, “Valentin və Valentina”, “İvanov”, “Qumluqdakı ev”, “Aydın”, “Şeyx Sənan”, “Qurdlar və
quzular”, “Artist və onun kölgəsi”, “Arzu tramvayı” və digər
tamaşalarda yaddaqalan obrazlar qalereyası yaradıb.
1950-ci illərin sonundan filmlərə də dəvət alan aktyor “Böyük
dayaq”, “Ulduz”, “Arşın mal alan” (1965), “Bir cənub şəhərində”,
“Ən vacib müsahibə” və s. filmlərdə maraqlı rollar oynayıb.
Aktyorun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri
yüksək qiymətləndirilib. O, 1974-cü ildə “Əməkdar artist”, 1982-ci
ildə “Xalq artisti” fəxri adlarına, 1986-cı ildə Dövlət mükafatına,
2009-cü ildə “Şöhrət”, 2019-cu ildə isə “Şərəf” ordenlərinə layiq
görülüb.