Cümə axşamı , Sentyabr 18 2025

Xərçəng olmamaq üçün bunları edin

Xərçəng hər yaşda rast gəlinə bilər və vaxtında aşkarlanmadıqda həyatı təhlükəyə ata bilər. Bəs xərçəngi erkən aşkar etmək üçün hansı müayinələr lazımdır?

Mövzu ilə bağlı Metbuat.az-a danışan onkoloq Afət Cabbarova bildirib ki, xərçəngin qarşısını almaq və xəstəliyi erkən müayinə etmək mümkündür:

“Bugün üçün tibdə bəlli olan bəzi üsullar var ki, biz buna erkən müayinə deyirik. Xərçəngin vəziyyətlərinin aşkarlanması, şişönü vəziyyətlərin vaxtında aşkarlanması və müayinə olunması xərçəngin qarşısını almağın ən mühüm yollarından biridir. Müxtəlif şiş növləri üçün müxtəlif erkən müayinə planları var. Məsələn, süd vəzisi üçün 38 yaşdan etibarən illik rutin mamografiya tövsiyə olunur, yəni şikayət gözləmədən. Yoğun bağırsaq xərçəngi üçün 45 yaşdan etibarən beynəlxalq protokollarda təsdiqlənmiş kolonoskopiya müayinə növü mövcuddur. Əgər heç bir dəyişiklik yoxdursa, bu müayinə 10 ildə bir dəfə aparılır. Prostat xərçəngi üçün 45 yaşdan etibarən kişilərdə qanda PSA deyilən prostat spesifik antigenin yoxlanılması tövsiyə olunur. Uşaqlıq boynu xərçəngi üçün 30 yaşdan etibarən “Pap test screening” üsulu istifadə olunur. Yumurtalıq xərçəngində bəzi qan analizləri var ki, onkomarkerlər vasitəsilə aşkarlamağa kömək edir. Ağciyər xərçəngi üçün isə 15 il və daha çox siqaret çəkmə stajı olanlara 45 yaşdan sonra mütləq hər 2 ildən bir kompüter tomoqrafiyası edilir. Amma yalnız siqaret çəkmə stajı yüksək olanlara, çünki kompüter tomoqrafiyası şüa yükü daşıyır”.

Onun sözlərinə görə, digər şiş növləri üçün erkən müayinə tədbirləri yoxdur:

“Bu səbəbdən mütləqdir ki, ildə bir dəfə hər bir şəxs müayinədən keçsin. Yəni, standart bəzi rutin müayinə üsulları var ki, o, vaxtında şiş növlərini aşkar etməyə kömək edir. Hansı müayinə olacağını isə artıq həkim qəbulda bildirir”.

Ülkər Cəlilzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

About FERZELIYEV

Check Also

Əfqanıstanda internet qadağan edildi

Bakı. Trend: Əfqanıstanın “Ali lideri” Heybətullah Axundzadə ölkə daxilində fiber-optik internet və Wi-Fi xidmətlərinin qadağan …

Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi imzalanıb

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın baş naziri Şahbaz Şərif “Birgə Strateji …

Tramp ABŞ-ın anti-faşist hərəkatını terror təşkilatı kimi tanıdığını açıqlayıb

ABŞ prezidenti Donald Tramp Amerika antifaşist hərəkatını terror təşkilatı kimi tanıdığını açıqlayıb. SEN.az xəbər verir …

Kamçatkada 5,6 bal gücündə zəlzələ olub

Bakı. Trend: Rusiyanın Kamçatka yarımadasında güclü zəlzələ qeydə alınıb. Trend xəbər verir ki, Rusiya Elmlər …

Kanada şirkəti Mərakeşdə yeni qızıl yatağı aşkar edib

Bakı. Trend: Kanadanın “Aya Gold & Silver” şirkəti Mərakeşin şərqindəki Tingir əyalətində, əsas Bumedyen layihə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir