Çərşənbə axşamı , Sentyabr 16 2025

Vəkillərin vəzifələri artırılır, tədris tədbirlərində iştirakları icbari olacaq

Vəkillərin vəzifələri artırılır, tədris tədbirlərində iştirakları icbari olacaq.

SEN.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Vəkillər Kollegiyasına üzv olduğu dövrdə vəkil üzvlük haqqını hər ay ödəməli, normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada və hallarda hüquqi yardım haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına hüquqi yardım göstərməli, il ərzində minimal icbari tədris saatlarını toplamalı və Vəkillər Kollegiyası orqanlarının bu Qanuna əsasən müəyyən etdiyi qaydalara əməl etməli və həmin orqanların qəbul etdiyi qərarları icra etməlidir.

Peşə hazırlığı və ixtisasın artırılması üçün vəkillərin tədris tədbirlərində iştirakı da icbari olacaq. Vəkilin il ərzində minimal icbari tədris saatlarının toplanmaması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb ediləcək.

About FERZELIYEV

Check Also

Küçə adları verilərkən dil qaydaları da nəzərə alınacaq

Prospekt, küçə, meydanlara ad verərkən dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən …

FHN-in əməkdaşları NATO-nun təlimində iştirak edib

Sentyabrın 7-12-də Bolqarıstan Respublikasının Montana şəhərində Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Fəlakətlərə Cavabın Əlaqələndirilməsi üzrə …

Prospekt, küçə, meydan adlarının dəyişdirilməsi zamanı dövlət dilinin normaları nəzərə alınacaq

Prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının …

Bu tarixdə ilin ikinci Günəş tutulması baş verəcək

Sentyabrın 21-də 2025-ci ilin ikinci Günəş tutulması baş verəcək. Bu barədə SEN.az-a BDU-nun Astrofizika kafedrasından məlumat verilib. Bildirilib …

Ərazi vahidlərinin adlandırılması ilə bağlı yeni QAYDA

Bakı. Trend: Ərazi vahidlərinə ad verilməsi zamanı dövlət dilinin normaları nəzərə alınacaq. Trend-in məlumatına görə, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir