Çərşənbə axşamı , Sentyabr 16 2025

Tərtərdə yolun hərəkət hissəsinə günəbaxan tumları səpən şəxs məsuliyyətə cəlb edilib

Bakı. Trend:

Tərtər rayonu ərazisində avtomobil yoluna günəbaxan tumlarının
yığılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər polis
əməkdaşları tərəfindən araşdırılıb.

DİN Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki,
Bayandurlu kəndi ərazisindən keçən avtomobil yoluna günabaxan
tumları səpərək hərəkəti məhdudlaşdıran şəxsin rayon sakini,
1975-ci il təvəllüdlü Ayaz Məmmədov olması müəyyən edilib.


<!—->
<!––>

Görülmüş tədbirlərlə A.Məmmədov barəsində İnzibati Xətalar
Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib
olunaraq məsuliyyətə cəlb edilib.

Bir daha vətəndaşlara müraciət edərək bildirir ki, yolların
təmiz saxlanılması, hərəkətin təhlükəsizliyinin təmin olunması
ümumi məsuliyyətdir. Yolun hərəkət hissəsinə müxtəlif əşyaların, o
cümlədən məişət və kənd təsərrüfatı məhsullarının yığılması qəza
təhlükəsi yaradır və qanunla qadağandır.

About FERZELIYEV

Check Also

Britaniyalıların yarıdan çoxu Londonun Ukraynaya yardımını dəstəkləyir

Britaniyalıların yarıdan çoxu (59%) hələ də Londonun Ukraynaya yardımını dəstəkləyir. SEN.az xəbər verir ki, bu, …

Qəzzaya hücumun əleyhdarları Netanyahunun evinin yaxınlığında çadır qurublar

İsrailin Qəzza şəhərinə hücumuna etiraz edənlər baş nazir Benyamin Netanyahunun iqamətgahı qarşısında çadırlar qurublar. SEN.az …

İsrail daha Qətərə zərbə endirməyəcək – Tramp

Bakı. Trend: İsrail daha Qətərə zərbə endirməyəcək. Trend xəbər verir ki, bu sözləri ABŞ Prezidenti …

I Liqa klubu yeni transferini açıqlayıb

Bakı. Trend: Transfer çalışmalarını davam etdirən “Difai” heyətini yeni futbolçu ilə gücləndirib Trend xəbər verir …

İsrailin Livana endirdiyi hava zərbəsi nəticəsində azı 12 nəfər yaralanıb

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələrin Livanın cənubundakı Nəbatiyə şəhərinə silsilə zərbələr endirməsi nəticəsində …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir