
Şimali Koreyanın nüvə dövləti statusu ləğv edilə bilməz.
Metbuat.az xəbər verir ki, bu barədə Şimali Koreyanın Birləşmiş Millətlər Təşkilatı yanındakı Daimi Nümayəndəliyindən açıqlamada verilib. Açıqlamada, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Rəhbərlər Şurasının iclasında ABŞ-nin Şimali Koreyanın nüvəsizləşdirilməsi ilə bağlı çağırışı xatırladılıb. Bəyanatda deyilir ki, ABŞ Pxenyanın daxili işlərinə müdaxilə edərək onun suverenliyini pozur. Pxenyan ABŞ-nin davranışlarını qınayıb. Bəyanatda qeyd edilir ki, Koreya Xalq Demokratik Respublikasının nüvə silahına malik dövlət kimi dövlətin ali və əsas qanununda daimi təsbit edilmiş statusu dönməz xarakter alıb.
Bəyanatda, Şimali Koreyanın nüvə silahına malik olmasının ABŞ-nin nüvə təhdidinə qarşı dövlətin suverenliyini müdafiə etmək üçün seçim olduğu vurğulanıb.