Çərşənbə axşamı , Sentyabr 16 2025

Sahibə Qafarova İsrailin Azərbaycanda yeni təyin olunmuş səfiri ilə görüşüb

Bakı. Trend:

Sentyabrın 11-də Milli Məclisin sədri Sahibə Qafarova İsrail
Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli
səfiri Ronen Krausz ilə görüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, səfiri bu vəzifəyə təyin olunması münasibətilə
təbrik edən spiker Sahibə Qafarova, ona ölkəmizdəki diplomatik
fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə dost və tərəfdaş ölkələrimiz arasında bir sıra ənənəvi
sahələrdə olduğu kimi, yeni istiqamətlər üzrə də əməkdaşlığın
genişlənməsindən məmnunluq ifadə olunub, əlaqələrin daha da
inkişafı üçün yaxşı imkanların olduğu qeyd edilib.

Söhbət zamanı, ölkələrimiz və xalqlarımız arasında müsbət
münasibətlərin göstəricilərindən biri kimi, insanlar arasında
əlaqələrin əhəmiyyəti qeyd edilərək, vurğulanıb ki, multikultural
və tolerant bir ölkə kimi, Azərbaycanda yəhudilər əsrlər boyu sülh,
dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar və indi də
yaşayırlar. Eyni zamanda, İsraildə fəaliyyət göstərən Azərbaycan
icması, o cümlədən bu ölkədə yaşayan yəhudi əsilli soydaşlarımız da
ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verirlər.

Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafında
parlamentlərin də özünəməxsus rolu qeyd edilib. Spiker Sahibə
Qafarova İsrail Knessetinin sədri Amir Ohana ilə cari ilin aprel
ayında Özbəkistanda keçirilən görüşünü xatırladaraq,
parlamentlərimiz arasında təmasların, qarşılıqlı səfərlərin,
dostluq qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı Prezident İlham Əliyevin Amerika Birləşmiş
Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar
səfəri, səfər çərçivəsində aparılmış danışıqlar, əldə olunmuş
razılaşmalar və imzalanmış sənədlərin əhəmiyyəti bir daha
vurğulanıb. Spiker Sahibə Qafarov, Vaşinqton razılaşmaları üzrə
öhdəliklərin yerinə yetirilməsinin vacibliyini qeyd edərək,
tərəflər arasında sülh sazişinin tezliklə imzalanacağına ümidvar
olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da
fikir mübadiləsi aparılıb.

About FERZELIYEV

Check Also

Koroğlu Rəhimov küçəsində hərəkətin təşkilində dəyişikliklər edilir (VİDEO)

Bakı. Trend: Koroğlu Rəhimov küçəsində nəzərdə tutulan dəyişikliklər nəqliyyat axınının nizamlanması və yol hərəkətinin təhlükəsizliyinin …

Rubio: Qətərlə hərbi əməkdaşlıq razılaşması əldə etməyimizə az qalıb

Qətər və ABŞ ətraflı bir hərbi əməkdaşlıq razılaşmasının imzalanması prosesini yekunlaşdırmaq üzrədir. SEN.az “The Times …

Səhiyyə Nazirliyinin mütəxəssisi uşaqların immunitetini gücləndirən qida qaydalarını açıqlayıb

Bakı. Trend: “Uşaqların gündəlik qidalanmasında səhər yeməyinin önəmi çox vacibdir. Səhər yeməyində daha çox yumurta, …

Ağalı məktəbində 12 müəllim vakansiyasına 800-dən artıq müraciət olub

Qarabağ Universitetində müəllimlərin işə qəbulu üçün əsas meyar var. SEN.az xəbər verir ki, bunu elm və …

Dövlət xidmətləri ilə bağlı yeni qanun HAZIRLANIB

“Dövlət xidmətləri haqqında” Qanun layihəsi parlamentdə müzakirəyə çıxarılıb.  SEN.az-ın məlumatına görə, layihə Milli Məclisin Hüquq …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir