
Rusiya Xəzinədarlığı, Rusiya Federasiyası dövlət vəzifəsini tutan şəxsə rəqəmsal rublarla ilk əmək haqqı ödənişini həyata keçirib.
Bu barədə “SEN.az-Economics” Rusiyanın Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Nazirlik rəqəmsal rubllarla əmək haqqı alan ilk şəxsin adını açıqlamayıb.
“Rəqəmsal rublun büdcə prosesinə tətbiqi üzrə eksperiment Rusiya Maliyyə Nazirliyi və Rusiya Mərkəzi Bankı ilə birgə həyata keçirilir”, – məlumatda bildirilir.
Nazirlik tərəfindən verilən açıqlamada qeyd olunur ki, 2026-cı ilin 1 yanvarından etibarən rəqəmsal rubl hesabı ilə əməliyyatlar aparılacaq.
Ödənişlər yalnız alıcıların istəyi ilə rəqəmsal rublarda həyata keçiriləcək.