Çərşənbə , Sentyabr 17 2025

Qubaya film çəkmək üçün gedən çəkiliş heyətinin avtomobili dərəyə aşıb, ölən və yaralanan var – VİDEO – YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Quba rayonunun Qrız kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə SEN.az-nın sorğusuna cavab olaraq nazirlikdən bildirilib.

Qeyd edilib ki, FHN-nin yanğınsöndürən xilasedici qüvvələri cəlb edilib. Avtomobildə sıxılı vəziyyətdə qalan şəxsin meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

***

15:17

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SEN.az-nın şimal bürosu xəbər verir ki, Qalayxudat kəndi yaxınlığında, yüksək dağlıq ərazidə “Ford” markalı yük avtomobili yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə 1 nəfər hadisə yerində ölüb, 1 nəfər isə yaralanıb. Xəsarət alan 1977-ci il təvəllüdlü Rəhimzadə Ramil Bayram oğlu Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda ona tibbi yardım göstərilir.

Qəzaya düşən şəxslərin film çəkmək üçün Qubanın Qrız kəndinə gedən çəkiliş heyətinin üzvləri olduğu bildirilir.

About FERZELIYEV

Check Also

Zelenski: Tramp və Putinlə heç bir şərt olmadan görüşməyə hazıram

Ukraynanın dövlət başçısı Volodimir Zelenski ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinlə heç …

Çoxlu pul əldə edəcək 3 bürc

Payızda bəzi bürclər maliyyə dəstəyi alacaqlar. Bu, pulun sadəcə gələcəyi çox xoş bir dövr olacaq. …

Tramp və Putinlə heç bir şərt olmadan görüşməyə hazıram – Zelenski

Bakı. Trend: Ukraynanın dövlət başçısı Volodimir Zelenski ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir …

Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinə bir neçə sahələr daxil olunacaq

Bakı. Trend: Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalarının 19-cu paketinə kriptovalyutalar, banklar və enerji sektoru ilə …

Modi: Hindistan ABŞ-ın Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə dair təşəbbüslərini dəstəkləyir

Hindistan ABŞ-ın Ukrayna münaqişəsinin həlli istiqamətində səylərini dəstəklədiyini açıqlayıb. SEN.az xəbər verir ki, bunu Hindistanın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir