
“Qazprom” şirkəti və Qazaxıstan Şərq İqtisadi Forumu çərçivəsində 2025 və 2026-cı illərdə respublikaya Rusiya qazının tədarükünün artırılmasına dair saziş imzalayıblar.
Bu barədə “SEN.az-Economics” “TASS”a istinadən xəbər verir.
Məlumata əsasən, sənədi “Qazprom”un baş direktoru Aleksey Miller və Qazaxıstan Respublikası Baş nazirinin birinci müavini Roman Sklyar imzalayıblar.