
Bakı. Trend:
Qazaxıstan Respublikasının Astana şəhərində “Azərbaycan
Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında
gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın
aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması
haqqında Konvensiya” layihəsi üzrə növbəti danışıqlar
keçirilib.
Trend Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki,
Azərbaycan tərəfindən danışıqlarda İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidmətinin ekspertləri və Maliyyə Nazirliyinin
səlahiyyətli nümayəndəsi, Qazaxıstan tərəfindən isə Maliyyə
Nazirliyinin səlahiyyətli şəxsləri iştirak ediblər.
<!—->
<!––>
Müzakirələrin nəticəsi olaraq Konvensiya layihəsinin vergitutma
ilə bağlı olan əksər müddəaları üzrə razılıq əldə olunub.
Müzakirələr qarşılıqlı anlaşma şəraitində keçib və hər iki tərəf
açıq qalan maddələrin qısa müddətdə razılaşdırılması istiqamətində
səylərin artırılması barədə razılığa gəliblər.
Səfər çərçivəsində Qazaxıstanın Milli Gəlirlər Komitəsinin
səlahiyyətləri şəxsləri ilə “Transfer qiymətləri” mövzusunda fikir
mübadiləsi də aparılıb. Müzakirələr zamanı transfer qiymətləri üzrə
hər iki ölkənin təcrübələri nəzərdən keçirilib və gələcəkdə bu
sahədə müvafiq qurumlar arasında əməkdaşlığın gücləndirilməsi
razılaşdırılıb.