Çərşənbə , Sentyabr 17 2025

Qanuna yeni anlayışlar əlavə edilir

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir.

SEN.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, yeni anlayışlar aşağıdakılardır:

səriştəlilik sınağı – nəticələrini təqdim edən şəxslərin fəaliyyətinin laboratoriyalararası müqayisələr vasitəsilə qiymətləndirilməsi prosesi;

validasiya – obyektiv sübutların təqdim edilməsi yolu ilə bəyan edilmiş məlumatın təsdiqi; 

verifikasiya – qiymətləndirmə obyektlərinin texniki normativ hüquqi aktlarda müəyyən edilmiş tələbləri yerinə yetirdiyinə dair təqdim olunmuş sübutlara əsasən təsdiqlənməsi.

Qeyd olunub ki, həyata keçirilən işlər çərçivəsində milli akkreditasiya qurumu cari ildə (Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsin) Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına (International Laboratory Accreditation Cooperation – ILAC) və Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığına (SEN.azC) tamhüquqlu üzv qəbul edilib. 

Qeyd olunan regional və beynəlxalq təşkilatlara üzvlük çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması zərurəti yaranıb və  “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Standartlaşdırma haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi hazırlanıb.

Layihəyə əsasən uyğunluğu qiymətləndirən qurumların əhatə dairəsi genişləndirilir və səriştəlilik sınaqlarının təşkili üzrə təminatçıların, validasiya orqanlarının və verifikasiya orqanlarının da uyğunluğu qiymətləndirən qurumlar sırasına daxil edilməsi təmin edilir, bununla əlaqədar qanuna yeni anlayışlar (səriştəlilik sınağı, validasiya, verifikasiya) əlavə edilir, eləcə də uyğunlaşdırılma çərçivəsində “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında” və “Standartlaşdırma haqqında” qanunlarda düzəlişlər təklif olunur. 

Qanun layihəsi uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya sisteminin təkmilləşdirilməsinə və beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına, bununla da akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilən uyğunluq sənədlərinin (müvafiq sertifikatların, sınaq nəticələrinin və s.) beynəlxalq səviyyədə tanınmasına xidmət edəcək. 

About FERZELIYEV

Check Also

Binəqədidəki yanğında xəsarət alan gənc xəstəxanada öldü – FOTO

Bir neçə gün əvvəl Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 440 m² olan ikimərtəbəli mansarda tipli …

Fransa Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 8 dəfədən çox artırıb

Bakı. Trend: Bu ilin ilk 6 ayında Fransanın Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının …

Məşhur filmin unudulmaz qəhrəmanı – “Ən vacib müsahibə”də çəkilən SƏİDƏ – FOTOLAR

Elə filmlər var ki, izlədikdən sonra uzun müddət yaddaşlardan silinmir. Bu filmləri xatirələrdə yaşadan təbii …

Məşhur filmin unudulmaz qəhrəmanı – “Ən vacib müsahibə”nin SƏİDƏSİ – FOTOLAR

Elə filmlər var ki, izlədikdən sonra uzun müddət yaddaşlardan silinmir. Bu filmləri xatirələrdə yaşadan təbii …

“Azərpoçt” vətəndaşları saxta mesajlara qarşı xəbərdar etdi

“Azərpoçt” MMC-nin adından vətəndaşlara saxta mesajlar göndərilir. Metbuat.az xəbər verir ki, bu barədə “Azərpoçt” MMC …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir