Çərşənbə axşamı , Sentyabr 16 2025

Qəbul prosesini daha da çətinləşdirməyi düşünürük – Emin Əmrullayev

Xaricdə təhsil üzrə dövlət proqramı üçün qəbul prosesini daha da çətinləşdirməyi düşünürük.

SEN.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” proqramında deyib.

Nazir bildirib ki, xaricdə təhsil proqramı üçün müraciət edənlərin sayı cari ildə 900 nəfərə yaxın idi:

“Bu isə seçim prosesini son dərəcə çətinləşdirirdi. Çünki iki çox yaxşı namizəd arasında yalnız bir yer olanda məcburən kimsə kənarda qalır. Biz çalışırıq ki, ən yaxşıları seçək. Təbii ki, bu prosesdə müsahibələr də aparılır. Amma qəbul etmək lazımdır ki, istənilən müsahibə müəyyən qədər subyektivdir”.

Nazir qeyd etdiyi subyektivliyin minimuma endirilməsi məqsədinə nail olmağa çalışdıqlarını vurğulayıb:

“Elə bir sistem qurmaq istəyirik ki, proqramlara qəbul olunanların keyfiyyəti əvvəlcədən müəyyən olunmuş yüksək meyarlara əsaslansın. Nəticədə təxminən 500 nəfər ən yaxşı namizəd seçilsin. Bunun üçün də qəbul prosesini daha da çətinləşdirməyi, ən yüksək səviyyəli universitetlərə yönəltməyi düşünürük”.

“Əminəm ki, bu proqram Azərbaycanın müstəqilliyinin və inkişafının əsas dayaqlarından biri olacaq. Çünki həmin şəxslər xaricdə təhsillərini başa vurduqdan sonra beş, on, on beş, hətta iyirmi il ərzində Azərbaycana qayıdaraq həm dövlət, həm də özəl sektorda mühüm nailiyyətlər qazanacaq və ölkəmizin inkişafına töhfə verəcəklər”, – E.Əmrullayev

əlavə edib.

About FERZELIYEV

Check Also

Azərbaycan hökuməti vergi yükünü optimallaşdıracaq

Azərbaycan hökuməti vergi yükünü optimallaşdıracaq. SEN.az-nın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin …

Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərdə 11,3 faiz artım olacaq

Gələn il dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərə 3 milyard 553,6 manat …

Gələn il məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 11%-dən çox artırılacaq

Bakı. Trend: 2026-cı ildə Azərbaycanda məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinin 3 milyard 553,6 milyon …

Gələn il sosial müdafiə və sosial təminat üzrə xərclər 120 milyon manatdan çox artırılır

Gələn il dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclərə 4 milyard 873 milyon …

Azərbaycanda büdcədənkənar daxilolmaların 16% artacağı proqnozlaşdırılır

Bakı. Trend: 2026-ci ildə Azərbaycanda büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların 1 milyard 21 milyon manat …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir